Azərbaycan Dövlət İnformasiya Agentliyi

Demokratiya dərsləri
Fikir, söz və məlumat azadlığının qarantı azad mətbuatdır

Almanların belə bir sözü var: hər cür müqayisə qüsurludur. Bununla razılaşmaq olar. Amma bəzən müqayisəsiz keçinmək olmur. Müqayisə dəyərləri qiymətləndirmək, pisi yaxşıdan ayırmaq üçün gərəkdir.

Bizi totalitar və avtoritar rejim olan sovet dövlət quruluşundan ayıran zaman əsrin dörddəbirindən də azdır. Cəmi 25 il əvvəl azadlıq deyən adamın ağzından vurardılar. İndi çox şey adiləşib - eləcə də azad fikir, azad söz, azad mətbuat. Xüsusən “senzor qayçısı”nı görmüş qələm əhli bu günün həsrətini hamıdan çox çəkib.

Bu gün mübaliğəsiz demək olar ki, Azərbaycan fikir, söz, məlumat azadlığının, plüralizmin bərqərar olduğu bir dövlətdir. Ölkədə demokratiyanın əsas atributlarından sayılan bu dəyərlər durmadan inkişaf edir, getdikcə hamı üçün əlçatan olur. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda, bəlkə də minədək qəzet və jurnal qeydiyyatdan keçib. Xəbər agentliklərinin, internet saytlarının geniş şəbəkəsi mövcuddur. Üstəgəl, sayı ilbəil artan Tv və radio kanalları, kabel televiziyaları, sosial media, genişzolaqlı internet…

Demokratiyanın yolu heç də hamar deyil. Onu birdən-birə, “sehrli çubuğ”un işarəsi ilə əldə etmək olmaz. İlk növbədə, cəmiyyətin buna hazır olması, müəyyən təkamül mərhələsi keçməsi gərəkdir. Azərbaycanın demokratik inkişaf yolu, ulu öndər Heydər Əliyevin müdrikcəsinə düşünüb tapdığı və reallaşdırdığı yeni dövlət modeli buna parlaq misal ola bilər. Bu modeldə mətbuata xüsusi rol ayrıldığını ilk baxışda görmək mümkündür. Heydər Əliyev hesab edirdi ki, demokratiyaya və vətəndaş cəmiyyətinə gedən yol məhz mətbuat və söz azadlığından keçir. Bu qənaətin doğruluğunu zaman özü təsdiqlədi…

***

Bir qədər əvvələ qayıtsaq nə görəcəyik? Olduqca mürəkkəb bir vaxtda yenidən hakimiyyət sükanı arxasına keçən Heydər Əliyevə çox ağır miras qalmışdı. Ölkədə vətəndaş qarşıdurması yaşanırdı, opponentlər az qala bir-birini didib parçalamağa hazır idilər.

1993-cü ilin həmin təlatümlü günlərində ölkə həyatının bütün sahələrində anarxiya hökm sürürdü. Qanunlar işləmir, hərc-mərclik baş alıb gedirdi. Mətbuatda da vəziyyət fərqli deyildi: insan hüquq və azadlıqlarından dəm vuran qəzetlər, jurnalistlər özləri bu hüquqları kobud şəkildə pozurdular.

Digər tərəfdən mətbuat üzərində senzura daha da sərtləşmişdi. Adlarını demokrat qoyanlar 1993-cü ilin aprelində senzuranın tətbiqinin əhatə dairəsinin genişləndirilməsi haqqında sərəncam verdilər. Beləliklə, jurnalistlərin məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətləri ciddi surətdə məhdudlaşdırıldı.

O vaxt siyasi-hərbi vəziyyət son dərəcə gərgin olduğundan stereotipləri qırmaq, mətbuata qeyri-məhdud azadlıq vermək riskli məsələ idi. Xüsusən cəmiyyətin demokratiyaya hazır olmadığı bir vaxtda bu, müəyyən fəsadlara yol aça bilərdi. Əslinə baxsaq, qanunlar da yox idi, yaxud natamam xarakter daşıyırdı. Bu da mətbuatın fəaliyyətinin tənzimlənməsində əlavə çətinliklər yaradırdı.

Böyük Öndər məhz belə şəraitdə gələcəyə və yeni cəmiyyət quruculuğuna istiqamətlənmiş addımlar atmağa başladı. İlk olaraq Konstitusiyada qurulmaqda olan yeni cəmiyyətdə mətbuatın rolu və funksiyası aydın şəkildə təsbit edildi: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Növbəti mərhələdə hüquqi nihilizmin aradan qaldırılması, əsaslı siyasi-hüquqi islahatların həyata keçirilməsi istiqamətində ardıcıl iş aparıldı. Ulu Öndər mətbuata, jurnalistlərə münasibətdə şəxsi örnək, nümunə göstərirdi. Bu, əsl demokratiya dərsləri - özü də təkcə cəmiyyət, məmurlar üçün deyil, elə jurnalistlər üçün də ibrətamiz dərslər idi. Heydər Əliyev media təmsilçilərinə söz, mətbuat azadlığının mahiyyətini səbirlə başa salır və onları Azərbaycan mətbuatının mütərəqqi ənənələrini qoruyub saxlamağa, inkişaf etdirməyə çağırırdı.

Zaman keçdikcə Azərbaycan cəmiyyətində mətbuatın yeri və rolu getdikcə daha da aydınlaşır, bununla bağlı konkret təsəvvürlər formalaşırdı. Müvafiq qanunvericilik bazasının, medianın fəaliyyətinə dair hüquqi təsisat və mexanizmlər sisteminin yaradılması KİV sahəsində də fundamental islahatlara yol açdı...

Bu prosesə 1998-ci ildən etibarən tam start verildi. Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışından ötən beş il ərzində ölkəmizdə vəziyyət dəyişmiş, demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün lazımi baza yaradılmışdı. Bu da Heydər Əliyevə 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” tarixi Fərmanı imzalamağa əsas verdi.

Mətbuat üzərindən senzura tam götürüldü. Artıq KİV-in nə çap etdiyinə, jurnalistlərin nə yazdığına heç kim nəzarət etmirdi. Hətta Heydər Əliyevin senzuranı ləğv etməkdə, mətbuata qeyri-məhdud azadlıq verməkdə tələsdiyini deyənlər də vardı. Amma Ulu Öndərin qətiyyətinə, iradəsinə və heç bir qərarında yanılmadığına bələd olanlar bilirdilər ki, bu, demokratiya naminə zamanında atılmış addımdır. Heydər Əliyev özü bu haqda danışarkən deyirdi: “Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi, qəzetləri yoxlayırdılar. Hansı məqalə senzorun xoşuna gəlmirdisə, onu çıxarırdı. Qəzetlər də sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq səhifələri ağ-ağ buraxdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır. Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır”.

Bundan sonra nə baş verdi? Təbii ki, senzuranın götürülməsindən sui-istifadə edənlər oldu. Bəzən qəzetlər təhqirlər, böhtan və iftiralar yağdırırdı. Qəzetlərin məhkəmələrə verilməsi kütləvi xarakter almışdı. Belə şeylər kiçik məmurlardan tutmuş, nazirlərə, komitə sədrlərinə, hətta dövlətin başçısına qədər hamı haqqında yazılırdı. Bu, məmurların bir çoxunu təbdən çıxarır və məsələ məhkəməlik olurdu. Heydər Əliyevdən də yazırdılar. Başqalarından fərqli olaraq, Ulu Öndər bu yazılara heç bir reaksiya vermirdi. Üstəlik məmurlara tövsiyə edirdi ki, səbirli olsunlar: görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm. Bu da bir dərs idi…

Daha bir il keçdi. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edildi. KİV-in dövlət qeydiyyatının ləğv edilməsi bütün bürokratik əngəlləri aradan qaldırdı. Qəzet-jurnal təsis etmək üçün artıq bir ərizə kifayət edirdi.

Heydər Əliyev mətbuata təkcə azadlıq verməklə, “yaşıl işıq” yandırmaqla kifayətlənmir, onun qayğısına qalmaq, inkişafına şərait yaratmaq haqqında da düşünürdü. Çox keçmədən kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər proqramı qəbul olundu. Eyni zamanda mətbuatla bağlı idarəçilik sistemində islahatlar aparıldı. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bu addımların davamı olaraq 2001-ci il dekabrın 27-də “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalandı. Sərəncama əsasən, bütün qəzetlərin dövlət mətbəəsində maneəsiz çapı, AZƏRTAC-ın informasiyalarının respublika mətbuatı üçün pulsuz yayılması təmin olundu. Həmçinin qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsi 2002-ci il dekabrın 31-dək təxirə salındı.

Cəmiyyət və dövlət həyatının bütün sahələri, o cümlədən KİV-in fəaliyyəti qanunla tənzimlənir. Bu, mübahisə predmeti deyil. Amma Ulu Öndərin özünəməxsus jestləri, şəxsi təşəbbüslərini də unutmaq olmaz. Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla kifayətlənmədi, bir müddətdən sonra bu borcları ləğv edərək bir çox nəşrləri böhran girdabından qurtardı. Bu böyük şəxsiyyətin jurnalistlərə səmimi münasibəti, hər bir suala açıq olması da yada düşür. Dövlət başçısının mətbuata bu cür münasibəti, qayğısı, doğrudan da, nadir hallarda təsadüf edilən fenomendir.

Heydər Əliyevin mətbuata yaxınlığının öz tarixçəsi var. Yaşlı nəsil yaxşı xatırlayır: Ulu Öndər hələ keçmiş sovet dövründə yüksək vəzifələr tutarkən mətbuatla sıx işləyirdi. Qəzetləri izləyir, mətbuatın tənqidi çıxışlarını müxtəlif səviyyələrdə, hətta MK bürosunda müzakirəyə çıxarırdı. O vaxt Göyçayda yerli qəzetin bir tirajını tənqidi yazıya görə yandırmışdılar. Heydər Əliyev buna görə raykom katibini vəzifədən azad etmişdi. Bütün bunların fonunda Ulu Öndərin mətbuatla bağlı fikirləri olduqca aktual səslənir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Bir müddət də keçdi və 2003-cü ildə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edən yeni qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Şuranın fəaliyyəti tərəflər arasında gərginliyin xeyli səngiməsinə gətirib çıxardı.

Belə nümunələr, faktlar çoxdur. Əslində onların hər biri söz, fikir və məlumat azadlığının bərqərar olmasına, mətbuatın müasir səviyyəyə gəlib çatmasına birbaşa təsir göstərən tarixi hadisədir. Bütün bunlar onunla nəticələndi ki, jurnalistlər Heydər Əliyevi təkcə dövlətin başçısı kimi deyil, eyni zamanda bir dost, onların zəhmətini qiymətləndirən, qayğısına qalan sirdaş kimi qəbul etməyə başladılar. Odur ki, Heydər Əliyevin “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi heç kimi təəssübləndirmədi və təbii qarşılandı.

Mətbuatla bu dostluq və yaxınlıq Heydər Əliyevin təbiətindən, xarakterindən irəli gəlirdi. Özü bu haqda danışarkən deyirdi: “Keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”.

***

İllər ötüb keçir. Ənənələr isə qalır və zənginləşir. Prezident İlham Əliyev də mətbuatın və jurnalistlərin dostudur. Dövlətimizin başçısının bu mükafata iki dəfə layiq görülməsi təsadüfi deyil. Son illər ölkəmizdə fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində yeni addımlar atılıb. Bunun ən bariz nümunəsi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Prezident bununla kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəklədiyini bir daha nümayiş etdirdi. Fond maliyyə informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır, habelə jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək məqsədi ilə proqramları, layihələri və digər tədbirləri maliyyələşdirir. Bu dəstəkdən bütün normal qəzet-jurnallar bəhrələnir.

Bir müddət əvvəl isə ölkədə, xüsusən media sferasında geniş rezonans doğuran daha bir hadisənin şahidi olduq. Prezidentin Sərəncamı əsasında jurnalistlər üçün tikilən yaşayış binası istifadəyə verildi. Necə-neçə həmkarımız ev-eşik sahibi oldu. Hazırda ikinci bina tikilir və yaxın vaxtlarda yenə yüzdən çox jurnalist təmənnasız mənzil alacaq. Mətbuata, jurnalistə bu cür yüksək səviyyədə qayğı harada və nə vaxt görünüb?

Dövlət başçısına “Jurnalistlərin dostu” mükafatı verilməsi böyük məna daşıyır və Prezidentin özünün dediyi kimi, Azərbaycanda azad mətbuatın inkişafı sahəsində görülən işlərə işarədir. İlham Əliyevin mükafatı qəbul edərkən səsləndirdiyi bəyanat medianın və jurnalistlərin gələcəyə daha nikbin baxmasına əsas verir: “Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir”.

Elman Qədirov

AZƏRTAC-ın müxbiri

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub