DƏMYƏ TORPAQ SAHƏLƏRİNDƏ YENİ TEXNOLOGİYA TƏTBİQ EDİLƏCƏK
Samux, 17 avqust (AZƏRTAC). Respublikamızın Qərb bölgəsindəki dəmyə torpaq sahələrində kənd təsərrüfatı bitkilərinin əkilməsində yeni texnologiyanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu zaman bitkilər zolaq üsulu ilə əkiləcəkdir.
Samux Ərazi Kənd Təsərrüfati İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, bu üsul torpaqların yararlılıq qabiliyyətini artırır. Çünki bu zaman torpaq sahələrinin ancaq bir hissəsindən istifadə olunacaqdır. Digər hissə isə dincə qoyularaq növbəti mövsümdə istifadə ediləcəkdır. Nəticədə torpağın başdan-başa şumlanması və gübrələnməsinin qarşısı alınacaqdır. Bu üsulun tətbiqi sayəsində yanacaq və sürtkü yağlarına, eləcə də mineral gübrələrin istifadəsinə 50 faiz qənaət ediləcəkdir.
Azərbaycan Dövlət Aqrar Universiteti alimlərinin də qoşulduqları yeni texnologiya üçün artıq lazım olan texnika “Aqrolizinq” xətti ilə sifariş verilmişdir. İlk təcrübənin Şəmkir və Şəki rayonlarının dəmyə torpaqlarında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]