ORDU
“Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsi sona çatıb VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də “Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə tapşırığı 2 dəqiqə 13 saniyəyə icra edən Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı birinci, 2 dəqiqə 20 saniyə nəticə ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin ekipajı ikinci, 2 dəqiqə 21 saniyə nəticə ilə Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı üçüncü, 2 dəqiqə 26 saniyə nəticə ilə İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket katerinin ekipajı isə dördüncü yerə layiq görülüb.
“Dəniz kuboku-2017” müsabiqəsinin sonuncu üçüncü mərhələsi avqustun 9-da keçiriləcək.