İQTİSADİYYAT
Dəniz Nəqliyyatı Donanmasında göz müayinəsi aksiyası: Dünyaya sağlam baxaq
![](/files/galleryphoto/2023/1/1200x630/16806081993327919177_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1680608199899156459_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806081992978255830_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/168060819917848043_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806081995799650786_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806081992503859914_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16806081995841047723_1200x630.jpg)
Bakı, 4 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Dünyaya sağlam baxaq” devizi altında göz müayinəsi aksiyasına başlayıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə keçirilən profilaktiki tibbi aksiyanın ilk günü Dəniz Nəqliyyatı Donanmasında (DND) təşkil olunub.
Aksiya çərçivəsində oftalmoloqlardan ibarət heyət DND və ora yaxın ərazidə yerləşən digər strukturların əməkdaşlarını müayinələrdən keçirib. İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq onlara müalicə ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, oftalmoloq-həkimlər aksiya çərçivəsində aprelin 6-da Xəzər Dəniz Neft Donanmasında, aprelin 11-də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, aprelin 13-də “Bibiheybət” Gəmi Təmiri Zavodunda, aprelin 17-də ASCO-nun aparatında, aprelin 19-da Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə biləcəklər.
Tədbirin məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılması və tibbi məsləhətlərin verilməsindən ibarətdir.