Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Bu gün müharibənin bitmədiyini bildirən dövlətlər “Dəmir yumruq” əməliyyatını unutmamalıdır

Deputat: Bu gün müharibənin bitmədiyini bildirən dövlətlər “Dəmir yumruq” əməliyyatını unutmamalıdır

Bakı, 1 oktyabr, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümünü qeyd edirik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətində, eyni zamanda, Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına, Türkiyənin Anadolu Agentliyinə, Fransanın “France 24” televiziya kanalına müsahibələrində 30 illik işğal dövründə dünyanın ikili standartlara söykənən siyasətinin yaratdığı problemlərə diqqəti yönəldərək bu fikri xüsusi qeyd edir ki, artıq münaqişə tarixə qovuşub, “Dağlıq Qarabağ” deyilən ərazi vahidi yoxdur, Cənubi Qafqazı daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Prezident İlham Əliyevin işğalçı dövlətə çağırışları sırasında bu məqam da xüsusi yer alır ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün də yanaşmalarında ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini arxa plana keçirir, Ermənistanın münaqişənin hələ də həll olunmaması barədə sərsəm fikirlərinə dəstək verirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

C.Paşazadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, xüsusilə ABŞ-ın və Fransanın münaqişənin həll olunmaması ilə bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılana bilməz. İyirmi səkkiz il vasitəçilik missiyasını yerinə yetirərkən bir dəfə də olsun missiyalarının mahiyyətini dərindən dərk etməyən, Ermənistana dəstək verməklə onun illər keçdikcə yeni ərazilər uğrunda müharibə planına dəstək verən bu dövlətlər bu gün işğalçının düşdüyü ağır vəziyyətdən nəticə çıxarmalıdırlar. Çünki Azərbaycan dövləti daim bəyan edirdi ki, torpaqlarımızın işğalı ilə barışmayacaq, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə, hərb yolunun seçiləcəyi şəksizdir. Otuz ilə yaxın dövrdə səbir, təmkin nümayiş etdirən Azərbaycan artıq ötən ilin bu günlərində Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə almaq üçün Vətən müharibəsinə başladı, 44 gündə düşməni yerinə oturtdu, ədaləti bərpa etdi. Eyni zamanda, dünyaya nümayiş etdirdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur, onlar yerinə yetirilməlidir. Bu norma və prinsiplərin tətbiqi üçün vahid mexanizm olmalıdır.

Deputat dövlətimizin başçısı İlham Əliyevin Fransanın “France 24” televiziya kanalına müsahibəsində diqqət yönəltdiyi bu məsələni də xüsusi qeyd edib ki, rəsmi Bakı istər işğal illərində, istərsə də hazırkı dövrdə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məsələnin həll edilmədiyini deyən ölkələr yaxşı olar ki, öz ərazilərində erməniləri yerləşdirmək və ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, problem necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə də hansı şərt daxilində müharibəni saxlamağın mümkünlüyünü bəyan edirdi. Amma qarşı tərəf elə düşünürdü ki, Azərbaycan Ordusu Ermənistanın himayədarları tərəfindən silahlandırılmış ordusu qarşısında zəif olacaq. Amma unudurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan, Silahlı Qüvvələrimiz o dövrün ordusu deyil. Azərbaycan bu illər ərzində gücləndi, Ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün hüquqi baza formalaşdı. Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs olmalıdır. Bu gün müharibənin bitmədiyini bildirib, vəziyyəti gərginləşdirmək yolunu tutan dövlətlər yaxşı olardı ki, “Dəmir yumruq” əməliyyatını unutmayaraq Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini imzalamasına dəstək versinlər, bununla da regionda təhlükəsizliyi, sülhü təmin etsinlər.

Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu vurğulayan C.Paşazadə deyib: “Buna əsas verən möhkəm təmələ əsaslanan siyasətdir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qətiyyəti sayəsində çoxəsrlik dövlətçilik tariximizə Zəfər səhifəsini yazmaqla qarşıdakı illərin perspektivlərini açıqladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürurla qeyd etdiyi kimi, bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır”.

Tarixi Zəfəri bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin qürur mənbəyimiz olduğunu vurğulayan deputat bildirib ki, onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. “Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü, onların hərbi texnikasını, silah-sursatını məhv etdi və qənimət kimi götürdü, illərdir formalaşan “yenilməz erməni ordusu” mifini dağıtdı. Ordumuz dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünya ekspertləri müharibə təcrübəmizi öyrənir, onların dərsliklərə salınmasının vacibliyini önə çəkirlər. Bu, Azərbaycan dövlətinin təkmil, zamanın və dövrün tələblərinə uyğun həyata keçirdiyi islahatların, ən əsası, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutmasının nəticəsidir. Bu gün dövlət başçısı İlham Əliyevin xarici mətbuata müsahibələri fonunda artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində 30 ilə yaxın vasitəçilik missiyasını yerinə yetirən, amma fəaliyyətsizliyi ilə diqqət çəkən ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırda vəzifələri açıqlanır”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir