DEPUTAT RAFAEL HÜSEYNOV ƏTRAF MÜHİT ÜZRƏ MƏRUZƏÇİ TƏYİN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gedişində deputat Rafael Hüseynov ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər üzrə komitədə yekdilliklə məruzəçi təyin olunmuşdur.
Deputatın üzərində işləyəcəyi 11551 saylı tövsiyə üçün qətnamə üzrə təqdim edilmiş sənəddə “Səs və işıq ifratları ilə çirklənmənin ətraf mühitdə yaratdığı ciddi təhlükələr” problemi hazırda müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə dünyanın bütün ölkələrində insanları ciddi narahat etməkdədir. Müxtəlif səs gücləndiricilərinin, mexaniki səslərin, ifrat işıq effektlərinin varlığı insanların səhhətinə, ətraf mühitə ciddi mənfi təsir göstərməkdədir. Buna görə də Avropa Şurasının bir sıra deputatları ayrıca sənəd hazırlayaraq bu məsələnin hərtərəfli müzakirə edilməsini və məruzəçi təyin olunmasını tövsiyə etmişlər.
Avropa Şurasının payız sessiyasında həmin problemin araşdırılması və məruzənin hazırlanması ilə əlaqədar komitə ilə birlikdə R.Hüseynov konkret fəaliyyətə başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]