DEPUTATLARIMIZ AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
İyunun 21-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayacaqdır.
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməmişdir.
Tədbirdə iştirak etmək üçün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 20-də Strasburqa yola düşəcəkdir.