DEPUTATLARIN SƏLAHİYYƏTLƏRİ ARTIRILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Qanuna dəyişikliklər və əlavələr ediləcəkdir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev demişdir ki, artıq işçi qrupu Qanuna bəzi dəyişikliklər etmişdir. Əlavə və dəyişikliklərdə deputatın statusu, səlahiyyətlərinin, deputatlığa görə vəzifə maaşlarının artırılması nəzərdə tutulur. Qanun layihəsinin iyunun sonlarında qəbul olunacağı və iyulun 1-dən qüvvəyə minəcəyi gözlənilir.