Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı seçki dairələri məlum olub
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində deputatlığa ən çox və ən az namizədin qeydə alındığı seçki dairələri məlum olub.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, deputatlığa ən çox namizəd 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb.
Bu seçki dairəsində deputatlığa 23 namizəd var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində deputatlığa 3 namizəd var.
Xatırladaq ki, hazırda deputatlığa 1325 namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312-si namizədliyini geri götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]