İQTİSADİYYAT
DGK: Gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması qarşımızda duran prioritet hədəflərə daxildir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib. Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini Bəhruz Quliyev “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışçılar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə hazırda KOB-ların təqribən 30 faizi ticarət sektorunda çalışır.
“Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan elektron xidmətlər ölkədə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Yeni çağırışlara cavab olaraq, gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması, o cümlədən süni intellekt əsaslı layihələrin tətbiqi bu gün qarşımızda duran prioritet hədəflərə daxildir və bu sahədə çox ciddi uğurlar əldə olunub”,- deyə B.Quliyev vurğulayıb.