İQTİSADİYYAT
DGK sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov oktyabrın 18-də saat 10:00-da Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşlarla görüşəcək.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.