İQTİSADİYYAT
DGK sədri Rusiya Federal Gömrük Xidməti rəhbərliyi ilə gömrük postlarındakı məsələlərdən danışıb


Bakı, 24 iyun, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.