Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diaspor rəhbəri: Şotlandiyanın təbiəti mənə Şuşanı xatırlatdı– MÜSAHİBƏ

London, 7 may, AZƏRTAC

20 ildən çoxdur Böyük Britaniyada yaşayan “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morisson diaspora fəaliyyəti vasitəsilə Azərbaycan mədəniyyətinin tanıdılması və icmanın bir araya gətirilməsi istiqamətində çalışır.

AZƏRTAC-a müsahibəsində N.Morisson Şotlandiyaya köçməsindən, psixologiya sahəsində qurduğu karyerasından, “Buta” Assosiasiyasının yaranma tarixindən və Azərbaycan diasporunun fəaliyyətindən danışıb. O, həmçinin Şotlandiyada Azərbaycan mədəniyyətinə marağın artdığını, Novruz festivalları və müxtəlif ictimai layihələrin bu marağın güclənməsində mühüm rol oynadığını vurğulayıb.

-Nərgiz xanım, neçə ildir Böyük Britaniyada yaşayırsınız?

- 20 ildən çoxdur ki, Böyük Britaniyada yaşayıram. 2005-ci ildə Şotlandiyaya köçmüşəm və o vaxtdan bəri buranı ikinci vətənim hesab edirəm. Bu illər ərzində həyatımı, karyeramı burada qurmuşam. Eyni zamanda öz mədəni köklərimlə əlaqəmi qoruyub saxlamışam. Haradan gəldiyim və bu gün harada olduğum arasındakı bu balans mənim həyata baxışımı və burdakı cəmiyyətdə rolumu və işimi formalaşdırıb.

-Peşəniz və hazırda gördüyünüz iş haqqında nə deyə bilərsiniz?

-Karyerama Azərbaycanda enerji sektorunda başlamışam. Ancaq bununla yanaşı, insan davranışı və psixologiyaya hər zaman marağım olub. Şotlandiyaya köçdükdən sonra yenidən təhsil alaraq karyeramı psixologiya və psixoterapiya istiqamətinə yönəltmək qərarına gəldim. Bu, böyük bir dəyişiklik idi. Amma mənə uzunmüddətli marağımı izləməyə və insanların psixoloji sağlamlığı ilə birbaşa işləməyə imkan verdi.

Hazırda işim əsasən stres, “burnout” (emosional və ya peşəkar tükənmişlik) və “imposter” sindromu üzərində qurulub. Həm fərdi şəkildə, həm də qruplarla işləyirəm. Eyni zamanda, təşkilatlar üçün və konfranslarda psixoloji sağlamlıq, psixoloji təhlükəsizlik kimi mövzular üzrə çıxışlar və təlimlər keçirəm. Bundan əlavə, təşkilatlarda daha sağlam və davamlı iş mühitlərinin yaradılmasına dəstək oluram.

Bununla yanaşı, inklüzivliyin təşviqi və diskriminasiyaya qarşı mübarizə sahəsində çalışan bir xeyriyyə təşkilatı ilə işləyirəm. Bu iş çərçivəsində qaçqınlar və az təmsil olunan qruplarla birbaşa işləyirəm. Eyni zamanda, 18 il əvvəl təsis etdiyim “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyası çərçivəsində icma təşəbbüsləri və mədəni layihələr istiqamətində fəaliyyət göstərirəm.

-Şotlandiyaya yolunuz necə düşdü və burada yaşamaq qərarını necə verdiniz?

-Şotlandiya mənim üçün təsadüfi seçim deyildi. Həyat yoldaşım şotlanddır, yəni məni buraya gətirən şəxsi əlaqəm oldu. Amma məndə ən güclü təsir yaradan məhz ilk dəfə bura gələndə, “highlands”lara (dağlıq ərazilər) səfərim oldu. Oranı ilk dəfə görəndə qəribə bir tanışlıq hissi oyandı. Oranın havası, meşələri, dağları və ümumiyyətlə bütün təbiətində doğmalıq hissi var. Bu mənə uşaqlığımın böyük hissəsini nənə-babamın yanında keçirdiyim Şuşanı xatırlatdı. Eyni zamanda, Şotlandiya mənə yenidən təhsil almaq, öyrənmək və yeni bir karyera qurmaq imkanı verdi. Zaman keçdikcə bura tədricən ikinci vətənim kimi hiss olunmağa başladı.

-“Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının yaranma ideyası necə formalaşdı? Assosiasiyanın əsas məqsədləri və fəaliyyət istiqamətləri nələrdir?

-“Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasını yaratmaq ideyası azərbaycanlıları bir araya gətirmək və aralarında əlaqə yaratmaq ehtiyacından yarandı. Mən Şotlandiyaya gələndə burada çox az azərbaycanlı yaşayırdı, amma zaman keçdikcə bu say artmağa başladı. Eyni zamanda, Azərbaycan mədəniyyəti isə demək olar ki, tanınmırdı. Bununla yanaşı, yerli icmalar arasında bizə maraq var idi. “Buta”nı ona görə yaratdım. Əsas məqsədlər insanları bir araya gətirmək, ortaq kimlik hissi yaratmaq və öz icmamızı dəstəkləmək idi. İcmamızı dəstəkləmək, əlaqələri gücləndirmək və Azərbaycan mədəniyyətini tanıtmaqyönümlü fəaliyyətlər vasitəsilə məqsədlərimizə çatmağa çalışırıq. İllər ərzində müxtəlif tədbirlər, seminarlar və icma layihələri keçirmişik. Həm Azərbaycan icmasını, həm də daha geniş ictimaiyyəti bir araya gətirən tədbirlər təşkil etmişik.

-Şotlandiyada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində hansı tədbirləri həyata keçirirsiniz?

-Biz Azərbaycan mədəniyyətini insanları bir yerə yığan və yerli əhalini cəlb edən müxtəlif fəaliyyətlər vasitəsilə tanıdırıq. Gələn il Novruz qalasını 20-ci dəfə keçirəcəyik.

Bu il Aberdin şəhər səviyyəsində “Buta”nın iştirakı ilə daha böyük bir Novruz festivalı təşkil olundu və bu festival Azərbaycan mədəniyyətini, tarixini və irsini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı. Festival çərçivəsində konsert, incəsənət və əl işləri sərgisi, moda nümayişi və film nümayişləri keçirildi və bu da insanlara Azərbaycan mədəniyyətini müxtəlif formalarda tanımaq imkanı yaratdı. Festivalın yekunu olaraq, Lord Provost tərəfindən “Town House”a Novruzu birlikdə qeyd etmək üçün dəvət olunduq və bu, bizim üçün çox önəmli bir tanınma anı oldu.

Eyni zamanda, biz uşaqlar üçün Azərbaycan dili, şahmat və rəqs dərsləri təşkil edirik ki, gənc nəslin öz kökləri ilə əlaqəsi qorunsun. Bununla yanaşı, universitetlərdə Azərbaycan haqqında tədbirlər təşkil etmişik. Bu tədbirlərdə ölkəmizin tarixi, Şotlandiya ilə əlaqələri və enerji sahəsindəki inkişafın əhəmiyyəti müzakirə olunur. Bu da Azərbaycanın akademik dairələrdə daha yaxşı tanınmasına və təqdim olunmasına imkan yaradır. Həmçinin biz milli bayramlarımızı qeyd edir və Xocalı soyqırımı və 20 Yanvar kimi mühüm tarixləri anırıq. Bütün tədbirlərimiz geniş ictimaiyyət üçün açıqdır və bu da Azərbaycan mədəniyyətinə marağın artmasına, dialoqun qurulmasına və daha müsbət münasibətlərin yaranmasına kömək edir.

-Azərbaycan diasporunun Şotlandiyada rolu və fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-Şotlandiyada Azərbaycan diasporu say baxımından böyük deyil, amma zaman keçdikcə böyüyür və fəallaşır.

Çətin dövrlərdə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı və Azərbaycanın beynəlxalq səviyyədə ədalətsiz şəkildə təqdim olunduğu hallarda bizim icma məlumat paylaşmaq və maarifləndirmə baxımından mühüm rol oynadı. Bu dövrdə parlament üzvləri ilə görüşlər keçirildi, nümayişlər təşkil olundu və Azərbaycanın mövqeyinin daha düzgün çatdırılması üçün ciddi səylər göstərildi.

Eyni zamanda, diaspora Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Bizim gördüyümüz işlər çox hallarda formal diplomatiyanın hər zaman nail ola bilmədiyi körpüləri qurmağa kömək edir. Ümumilikdə, biz yalnız öz icmamızı dəstəkləməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı təmsil edir, müsbət münasibətlərin qurulmasına və ölkəmiz haqqında məlumatların artmasına kömək edirik.

-Yerli ictimaiyyətin Azərbaycan mədəniyyətinə marağı hansı səviyyədədir?

-Yerli ictimaiyyətin marağı əslində çoxlarının düşündüyündən daha yüksəkdir və zaman keçdikcə daha da artır. Biz görürük ki, mədəni tədbirlərimizə yerli əhalinin və burada yaşayan xaricilərin sayı getdikcə artır. Bu da Azərbaycanın mədəniyyətinə, ənənələrinə və tarixinə qarşı səmimi marağın olduğunu göstərir.

Bu il keçirilən Novruz festivalı zamanı bu maraq xüsusilə hiss olundu. Festival çərçivəsində təqdim olunan proqram ümumilikdə çox yüksək qiymətləndirildi və bəzi iştirakçılar tərəfindən hətta kral ailəsi qarşısında təqdim oluna biləcək səviyyədə olduğu qeyd olundu. Bu cür rəy həm təqdim olunan mədəniyyətin keyfiyyətini, həm də tamaşaçıların onu necə dəyərləndirdiyini göstərir. Biz görürük ki, mədəniyyəti canlı şəkildə göstərmək imkanı ölkəmizə də, həmvətənlərimizə də marağı artırır.

-Azərbaycan–Şotlandiya əlaqələrinin gələcəyini necə görürsünüz?

-Azərbaycan və Şotlandiya arasında güclü əlaqələr mövcuddur. Bunu xüsusilə enerji və sənaye sahələrində görmək olar. Şotlandiya şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və geniş Britaniya investisiyalarının da bir hissəsidir. Eyni zamanda, Şotlandiyada çalışan çox sayda azərbaycanlı mühəndis və digər mütəxəssislər də ölkənin inkişafına öz töhfəsini verir. Yəni bu əlaqələr qarşılıqlı xarakter daşıyır.

Təhsil sahəsində də əlaqələr inkişaf edir. Universitetlər arasında əməkdaşlıq, akademik tədbirlər və birgə fəaliyyətlər bunun nümunəsidir.

Mədəni sahədə də münasibətlərimiz var. Azərbaycan icması Şotlandiyada keçirilən festivallarda iştirak edir, eyni zamanda Şotlandiya ənənələri və bayramları Azərbaycanda da qeyd olunur. Lakin bu əlaqələri bir az da gücləndirməliyik.

Gələcəyə baxdıqda isə universitetlər arasında tərəfdaşlığın daha da gücləndirilməsi, tələbə və akademik mübadilənin artırılması, Şotlandiya ilə Azərbaycan biznesləri arasında əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar görürəm. Eyni zamanda, dövlət qurumları arasında daha güclü əlaqələrin qurulması üçün də potensial var.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib