Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİFFAMASİYA: HƏR KƏS ONUN QURBANI OLA BİLƏR!

Avropa Şurasının baş katibi Terri Devis bu yaxınlarda həmin təşkilatın üzvü olan ölkələrə müraciətlə jurnalistlərin diffamasiyaya görə cinayət təqibini qanunvericilik yolu ilə ləğv etməyə çağırmışdır.

Qeyd etmək lazımdır ki, diffamasiya dedikdə, böhtan xarakterli olmaya biləcək ləkələyici məlumatların yayılması və ya mətbuatda biabır etmə, yəni cinayət qanunvericiliyində böhtana yaxın cinayət kimi səciyyələndirilən hərəkətlər başa düşülür. Qərbdə diffamasiya mətbuat haqqında qanunvericiliyə qarşı cinayət (Fransa sistemi), yaxud böhtanın xüsusi halı (Almaniya sistemi) hesab edilir (bu barədə Vikipediyada - sərbəst ensiklopediyada oxumaq olar).

Kiber-diffamasiyanın qurbanlarından biri ABŞ-ın ərəb mənşəli fəallarından Navar Şora olmuşdur. O, özünün elektron poçtuna qəzəblənmiş həmvətənlərinin göndərdiyi məktubları oxuyandan sonra başa düşmüşdü ki, yəhudilərin və amerikalıların nifrət etdiyi adamların siyahısına daxil edilmişdir. Respondentlər Navar Şoranın ünvanından göndərilmiş elektron məktuba istinad edirdilər. Sonradan məlum olmuşdur ki, həmin məktubları o, yazmamış və təbii ki, göndərməmişdir. Diffamasiyanın yeni, məkrli formasının qurbanı olmuş Navar Şora özünü təmizə çıxarmaq üçün uzun müddət çalışmalı olmuşdur.

Rusiyada ən populyar nəşrlərdən biri olan “Otdoxni” jurnalında bu yaxınlarda dərc edilmiş məlumatda deyilirdi ki, ilk kosmonavt Yuri Qaqarinin qızları Qalina və Yelena Qaqarinalar öz atalarının şərəf və ləyaqətini qorumaq üçün Moskvanın Babuşkin rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Qızların fikrincə, “Qaqarinin nəvəsi” adlı filmin süjeti həqiqətə uyğun deyildir və onların atasının adından qanunsuz istifadə edilmiş və onu ləkələmişlər. Məhkəmə filmin müəlliflərinin kosmonavtın adından istifadə etmələrinə qadağa qoymuş və eyni zamanda, iddiaçılara vurulmuş mənəvi ziyana görə onların hər birinə 5 min rubl ödənilməsi barədə qərar çıxarmışdır.

Belə misallardan çox gətirmək olar. Bəzən insanın nüfuzuna vurulmuş ziyanın əvəzinin ödənilməsi artıq mümkün olmur. Bu, diffamasiyaya aiddir. Lakin bəzi jurnalistlərin söylədikləri, onların fikirləri, o cümlədən yolverilməz formada ifadə edilmiş, bəzən küçə söyüşləri ilə dolu olan, şəxsiyyəti ləkələyən hərəkətləri diffamasiyaya aid edilə bilməz. Üstəlik, “kompromat” həqiqətə uyğun olmadıqda, bu, artıq qərəzli böhtan və xuliqanlıqdır, belə hərəkətlər Cinayət Məcəlləsinin təsir dairəsinə aiddir.

Qeyd etmək lazımdır ki, Aİ üzvü olan dövlətlərin üçdəbirindən çoxunda diffamasiyaya görə cəza tədbirləri nəzərdə tutulmuşdur və çox vaxt bu qanunlardan tənqidin qarşısını almaq üçün istifadə edilir.

Rusiya Dövlət Duması sədrinin birinci müavini Lyubov Sliska Terri Devisin müraciətinə cavab olaraq demişdir: “Bizdə sifarişli yazıların dərc edilməsinin geniş yayılması məlum faktdır; konkret siyasətçilərə qarşı sifarişli məqalələr yazılır - bəzi siyasətçilər başqalarına qarşı bu cür materiallar sifariş verir və bu halda jurnalistlərdən istifadə edirlər. Bu praktikaya son qoyulmayınca, jurnalistlərin diffamasiyaya görə məsuliyyətini də ləğv etmək olmaz”. Bax belə - qısa və aydın.

Bütün postsovet məkanındakı jurnalistlərin əsas problemi söz azadlığı ilə öz sözlərinə görə məsuliyyət daşımaq arasında tarazlıq yaratmağı bacarmamalarıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda bəzi jurnalistlər pul qazanmaq xatirinə bilə-bilə yalan, haqsız informasiya, başqa sözlə desək, böhtan yaymaqla məşğul olduqlarına görə müttəhimlər kürsüsündə əyləşməli olublar, çünki bizim qanunvericilikdə böhtana görə cəza nəzərdə tutulmuşdur. Bu halda mətbuatda meydanoxuyucu davranış ən azı öz biznesinin təmiz və şəffaf olmasını nəzərdə tutmalıdır. Amma təəssüf ki, əslində belə deyil.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin həbs edilməsi ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin çıxışlarını şərh edərkən demişdir: “Azərbaycan hüquqi dövlətdir, qanun qarşısında hamı bərabərdir, heç kəsin hüquqları başqalarının hüquqlarından artıq deyil və heç kəsin başqalarının hüquqlarını tapdalamağa haqqı yoxdur. Bu, hamıya, jurnalistlərə də, məmurlara da, başqa peşələrin nümayəndələrinə də aiddir”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu fikirlə razıdır: “Qanun qarşısında hamı bərabərdir. Öz səhifələrində təhqiramiz ifadələrə yer vermiş qəzetin jurnalistikaya heç bir aidiyyəti yoxdur”.

Bu yaxınlarda Azərbaycanda keçirilmiş beynəlxalq konfransda ölkəmizdə söz və mətbuat azadlığının beynəlxalq qanunlar kontekstində müzakirə olunmasının aktuallığı qeyd edilmişdir.

Həmin konfransda çıxış edən Əli Həsənov bildirmişdir ki, Azərbaycanda 30 min jurnalist var, onlardan 9 nəfəri həbs edilmişdir və “burada iqtidar tərəfindən söz azadlığının pozulması barədə söhbət belə ola bilməz. Üstəlik, Azərbaycanda 3500-ə yaxın KİV fəaliyyət göstərir. Məgər bu, ölkəmizdə mətbuat azadlığını birbaşa təsdiq etmirmi?!”.

Azərbaycan Prezidenti İlham Əliyev həmin konfransın iştirakçılarına müraciətində Azərbaycanda gedən demokratik proseslərdən söz açaraq məxsusi qeyd etmişdir: “Cəmiyyətdə sağlam tənqidə dözümlü münasibət yaradılması, mətbuatın maddi-texniki bazasının və peşəkarlığının yüksəldilməsi, jurnalistlərin etik normalara əməletmə vərdişlərinin gücləndirilməsi həm dövlət, həm də jurnalist təşkilatları qarşısında çox mühüm vəzifələr qoyur. Demokratik cəmiyyətin inkişafına xidmət edən müstəqil mətbuatın formalaşdırılması və inkişafı bu işə bütün aidiyyəti qurumların xüsusi və məsuliyyətli yanaşmasını tələb edir”.

Əli Həsənov Azərbaycanın diffamasiya haqqında qanun qəbul etməyə hazır olması məsələsinə toxunaraq demişdir ki, bu addımı atmaq hələ tezdir, çünki obyektiv şərait və Azərbaycanda jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması bunu etməyə hələ imkan vermir. Ə.Həsənov onu da qeyd etmişdir ki, Avropanın inkişaf etmiş demokratik dövlətləri belə bir qanunu, ilk növbədə, öz ölkələrində qəbul etməklə Azərbaycana nümunə göstərsələr pis olmazdı.

Biz isə öz tərəfimizdən əlavə etmək istərdik ki, həmin dövlətlər ölkəmizi hüquqi məsələlərin sınaq poliqonuna çevirməsinlər.

Həbsdə olan hər bir jurnalistin taleyi Azərbaycan hökumətini çox narahat edir. Bununla belə, qanunlara bütün vətəndaşlar tərəfindən riayət edilməsi, başqalarının hüquqlarına hörmətlə yanaşmaq hüquqi dövlətin əsas tələbidir.

Ə.Həsənov demişdir: “Beynəlxalq strukturların jurnalistlərin həbs edilməsi məsələsinin necə təqdim etmələrindən asılı olmayaraq, biz özbaşınalığa və anarxiyaya yol verə bilmərik və eyni zamanda, bir peşəyə mənsub olan insanların hüquqlarını başqa peşə hesabına məhdudlaşdıra bilmərik. Söz azadlığı, mətbuat azadlığı ilə insanların təhqir edilməsi, onların şərəf və ləyaqətinin açaldılması arasında heç bir əlaqə yoxdur”.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev “Demokratiya yolunda: irs haqqında düşünərkən” adlı kitabında yazır: “Müxalifət kütləvi informasiya vasitələri ictimai rəyin bir növ inteqratoru rolu oynamalı olduğu halda, onlar xeyli dərəcədə saxta ideyalar təklif edirdi. Bunlar isə nəinki geniş ictimai dəstək tapmır, əksinə, ölkədə görülən, demək olar, bütün işlərə qara yaxmaq cəhdlərinə görə əhalini özünə qarşı qaldırdı. Belə mövqeyin səhvliyi həm də adət halını almış “kompromat müharibəsi”ndə idi”.

Müxalifət KİV-ləri hətta həm iqtidarın, həm də müxalifətin ünvanına kəskin tənqidi məqalələri ilə tanınan “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun ölümündə də məhz iqtidarı günahlandırırdı. Bu, çox ciddi fitnəkarlıq idi. Ona görə də diffamasiya haqqında qanun qəbul etməklə biz özümüz də istəmədən onlarca bu cür qətllərə zəmin yaratmış olarıq deyənlər tamamilə haqlıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib