DİM sədri: Danışıq bloku imtahanını daha kütləvi imtahanlarda tətbiq etmək tezdir
Bakı, 5 mart, AZƏRTAC
Magistratura səviyyəsində imtahanda iştirak edənlərin sayı təxminən 20 mindir. Danışıq bloku imtahanın magistratura səviyyəsində texniki imkanlar hazır olduqda tətbiq edilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, danışıq bloku imtahanını daha kütləvi imtahanlarda (buraxılış, qəbul imtahanları) tətbiq etmək tezdir.
“Hələ ki məktəblərdə olan hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, prosesin uğurlu müstəvidə öz əksini tapması azı bir il çəkəcək. Birinci addım olaraq danışıq bloku imtahanı magistratura, dövlət qulluğu imtahanlarında tətbiq olunacaq”, - deyə DİM sədri qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]