DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 11-də və 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib, ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]