“DİPLOMAT – 2009” MİNİ-FUTBOL TİRNİRİNİN FİNALÇILARI MƏLUM OLMUŞDUR
Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycanın diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş “Diplomat-2009” mini-futbol turnirinin finalçıları məlum olmuşdur.
Xatırladaq ki, iyunun 20-də start götürmüş turnirdə Xarici İşlər Nazirliyinin komandası ilə yanaşı Qazaxıstan, Türkiyə, Ukrayna, Qətər, İsrail, Böyük Britaniya və Rusiyanın ölkəmizdəki səfirliklərinin, habelə BMT-nin və Dünya Bankının Bakıdakı nümayəndəliklərinin komandaları iştirak edirlər. Fransa və Almaniya səfirlikləri turnirə birləşmiş komanda ilə qatılmışlar.
Birinci yarımfinalda Türkiyə diplomatları və müştərək “Almaniya-Fransa” komandası, ikinci yarımfinalda “Xarici İşlər Nazirliyi” və “İsrail” komandaları qarşılaşmışlar.
İyulun 13-də keçiriləcək finala “Almaniya-Fransa” və ”Xarici İşlər Nazirıiyi” komandaları çıxmışlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]

