Dnepr şəhərində daha bir Azərbaycan dili həftəsonu məktəbi fəaliyyətə başlayacaq
Dnepr, 3 mart, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində daha bir Azərbaycan dili həftəsonu orta məktəbi fəaliyyətə başlayacaq. Bu barədə AZƏRTAC-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov məlumat verib.
Onun sözlərinə görə, artıq Azərbaycan dili həftəsonu məktəbin fəaliyyəti üçün Dneprin mərkəzində bina ayrılıb. Məktəb üçün lazım olan ləvazimatlar alınıb. Novruz bayramı ərəfəsində orta məktəbin açılışı nəzərdə tutulur.
N.Əhmədov deyib ki, ilkin olaraq orta məktəbdə 30-40 azərbaycanlı uşağın təhsil alması planlaşdırılır.
Qeyd edək ki, bu, Dneprdə sayca ikinci Azərbaycan dili həftəsonu orta məktəbi olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]