Doğma yurduna yola salınan sakin: Əvvəlcə yaxınlarımın məzarını ziyarət edəcəyəm
Bakı, 14 dekabr, Səlim Rəhimzadə, AZƏRTAC
Dədə-baba yurduma qayıtdığım üçün çox sevinirəm. İlk olaraq yaxınlarımın məzarını ziyarət edəcəyəm.
Bunu dekabrın 14-də Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini Gülsüm Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi: “Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz doğma torpağımıza qayıdırıq. Hər şey çox yaxşı olacaq”.