Donald Tramp Çin mallarının gömrük tariflərini yenə qaldıracağını bəyan edib
Bakı, 2 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 300 milyard dollar dəyərində mallara əlavə 10 faizlik rüsumların tətbiq olunacağını bəyan edib.
AZƏRTAC "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı özünün "Tvitter" səhifəsində belə yazıb. O, yeni tariflərin tətbiqinin sentyabrın 1-dən başlayacağını bildirib.
Qeyd edək ki, Donald Trampın yeni tariflər barədə bəyanatı iki ölkə arasında may ayından dayanmış ticarət danışıqlarının bir neçə aylıq fasilədən sonra iyulun 30-31-də Şanxayda keçirilmiş 13-cü mərhələsindən sonraya təsadüf edir. Prezident Donald Tramp Çin tərəfinin ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulu alacağını bəyan etsə də, bunu reallaşdırmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]