DONORLUQ HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Dekabrın 6-da Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Qan və qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, layihə parlamentdə birinci oxunuş müzakirə edilərkən deputatlar bir sıra irad və təkliflər irəli sürmüşlər. İşçi qrupu onları qruplaşdırmış və bəzilərini nəzərə almışdır.
İşçi qrupunun rəhbəri, deputat Musa Quliyev demişdir ki, ölkəmizdə özəl qan bankının yaradılması müddəası deputatların təklifinə əsasən layihədən çıxarılmış, donorlara öz qanlarını pulla satmalarına icazə verilməsi bəndi saxlanılmışdır. Yaş senzi də dəyişdirilmişdir - 18 yaşdan 65 yaşına qədər hər bir sağlam adam qan verə, donor ola bilər. Donorlara sosial güzəştlərin verilməsi məsələsi isə açıq qalmışdır. Təklif olunur ki, donorlara əlavə məzuniyyət, eləcə də onların digər vətəndaşlardan iki ilə tez pensiyaya çıxmalarına qanunla icazə verilsin. Müzakirələrin sonunda məsələnin Milli Məclisin ümumi iclasının gündəliyinə çıxarılması tövsiyyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]