Azərbaycan Dövlət İnformasiya Agentliyi

Döşündə deputat nişanı olan turistin təkbaşına səyahəti

Döşündə deputat nişanı olan turistin təkbaşına səyahəti Bakı, 2 sentyabr (AZƏRTAC). Ermənistanda tufan baş verib. Amma bu, adi tufan deyil ... stəkanda törədilmiş tufandır. Yerli KİV-lər ilk baxışda “sensasiya” hesab ediləcək bir xəbər yayıblar - Litva parlamentinin üzvü Daliya Kuodite başda olmaqla Litva Seyminin deputatlarından ibarət qondarma “Litva-Arsax dostluq qrupu”nun “nümayəndə heyəti” (!) Ermənistana gəlib.

Erməni KİV-ləri raport verirlər ki, “nümayəndə heyəti”ni Ermənistan Milli Məclisinin vitse-spikeri, bizim dəfələrlə yıxıb sürüdüyümüz Eduard Şarmazanov qəbul edib. O, görüş zamanı “incə şəkildə” qeyd edib ki, “Litva-Dağlıq Qarabağ dostluq qrupu”nun yaradılması “Dağlıq Qarabağ Respublikasının faktiki müstəqilliyinə dəlalət edir” (bax: http://news.am/rus/news/226373.html) - nə çox, nə də az. Bundan əlavə, Ermənistan KİV-ləri həmin “nümayəndə heyəti”nin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna getməsindən məmnun olduqlarını gizlədə bilməyiblər.

Ermənistan mətbuatında Dağlıq Qarabağ haqqında xəbərlərin, demək olar ki, heç birinin yalansız olmadığına adət etdiyimizə görə, özümüz blits-təhqiqat aparmağı qərara aldıq və bu araşdırmanın nəticələri, həmişəki kimi gözlənilən oldu.

Əvvələn, “Litva-Arsax” deputat qrupunun heç bir “nümayəndə heyəti” olmayıb. Bu Baltikyanı ölkədən Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə cəmi üç nəfər gedib, onlardan yalnız Daliya Kuodite Litva Seyminin üzvüdür. Qalan iki turistdən biri 2012-ci ilin sentyabr ayında yaradılmış “Litva-Ermənistan” Forumunun əlaqələndiricisi Armen Ayrapetyan, digəri - qalmaqalları ilə ad çıxarmış litvalı jurnalist Rimvidas Valatka idi. Onun barəsində bir qədər aşağıda söhbət açacağıq. Vəssalam, “Parlament nümayəndə heyəti” dedikləri qrup bundan ibarətdir.

Biz aydınlaşdıra bildik ki, əvvəlcə Daliya “qrup” üzrə həmkarlarından ikisini ona kompaniya təşkil etməyə razı sala bilib, lakin Seymin sədri xanım Loreta Qraujinene deputatların icazəsiz səfər etmək niyyətini qətiyyətlə pisləyəndən və onları bu təhrikçi niyyətdən daşınmağa çağırandan sonra həmin iki nəfər fikrini dəyişib və zavallı Daliya tək-tənha qalıb. Daliya parlamentin spikerinə yalandan deyib ki, o, yalnız Yerevana getməyə hazırlaşır. Beləliklə, o, Seymin və ölkə Xarici İşlər Nazirliyinin mövqeyinə məhəl qoymadan, işğal edilmiş Qarabağa getməyi qərara alıb. Prinsip etibarilə, Daliyanın öz erməni sponsorları qarşısında öhdəliklərinin (aydın məsələdir ki, maliyyə öhdəliklərindən söhbət gedir) ağır yükünü nəzərə alsaq, bunu izah etmək asandır. Aydın məsələdir ki, həmin sponsorlar da hədiyyələri boş-boşuna paylamır və pullarını küləyə vermirlər.

İkincisi, madam Kuoditenin başçılıq etdiyi, erməni KİV-lərinin həddən artıq təriflədiyi, az qala ABŞ Konqresinin erməni kokusu ilə müqayisə etdiyi qondarma “Litva-Dağlıq Qarabağ dostluq qrupu” əslində qeydiyyata alınmamış, qeyri-rəsmi, tamamilə özəl bir dəstədir, o, mövcud olduğu bir il ərzində 10 nəfərdən çox deputatı cəlb edə bilməyib (bizdə olan məlumata görə, həmin deputatlar da separatizmin vəkilləri damğasından yaxın vaxtlarda qurtulmağa və qrupu tərk etməyə hazırlaşırlar) və heç bir tədbir keçirməyib. Bir sözlə, qrup qeyri-formal şəkildə elan edildiyi andan, necə deyərlər, “ölü doğulub”. İngilis dilində bu cür fəaliyyətsizlik “idle” adlanır. Xanım Kuoditenin Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna budəfəki təkbaşına səfəri həmin qrupun ilk “tədbiridir”. Bu səfərin sonuncu olub-olmayacağını yəqin ki, tezliklə - qalan 9 deputat bu biabırçı siyahıda qalıb-qalmamaq barədə qərara gələndən sonra biləcəyik.

Üçüncüsü, Eduard Şarmazanovun belə bir bəyanatı gülünc görünməyə bilməz ki, həmin qrup “Dağlıq Qarabağ Respublikasının faktiki müstəqilliyinə parlaq sübutdur”. Əgər heç kəs tərəfindən tanınmamış “dqr”in müstəqilliyinin sübutu eynilə onun kimi - heç kəs tərəfindən tanınmamış və qeydiyyata alınmamış deputat qrupudursa, burada şərhə ehtiyac yoxdur. Maraqlıdır, görəsən sabah deputatlar bu Litva “sübutu”ndan çıxmağa başlayanda və “parlaq sübut” puç olanda həmin oyuncaq qurumun “müstəqilliyi”ni təsdiqləyən dəlil nə olacaq?

Yuxarıda deyilənlərə əlavə kimi qeyd etmək istərdik ki, Litva Respublikası Seyminin və ölkənin Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan ibarətdir, özü də bu ölkədə hakimiyyətin hər iki şaxəsi Litva vətəndaşlarına, o cümlədən Seymin deputatlarına təkidlə tövsiyə edir ki, onlar bu regiona səfərlər etməsinlər. Bu barədə Azərbaycanın Litvadakı səfirliyinə yaxın günlərdə rəsmən bəyan edilib.

Bizdə olan məlumata görə, Seymin sədri xanım Loreta Qraujinene Daliya Kuoditeyə aydınca başa salıb ki, səfər zamanı onun nəinki Litva parlamenti adından hər hansı bəyanatlar vermək, hətta deputat kimi çıxış etmək səlahiyyəti də yoxdur. Bu səfər Azərbaycan dövlətində persona non-qrata elan edilməyin bütün nəticələri barədə xəbərdarlıq edilmiş tamamilə sıravi bir əcnəbi vətəndaşın tamamilə qeyri-rəsmi səfəridir.

Litva Respublikası XİN-də bizə bildiriblər ki, Daliya Kuoditenin guya yalnız Yerevana getməyi planlaşdırması barədə yalan məlumatına baxmayaraq, onun əsl niyyətləri XİN-də məlum idi. Bizə bunu da bildirdilər ki, ölkənin xarici siyasət idarəsi Daliya Kuoditeyə hər şeyi izah edib, o, hər şey barədə xəbərdar edilib. Litva XİN-də bizə bildirildi: “Bütün sonrakı hərəkətlərə görə şəxsən o məsuliyyət daşıyır və səfər müddətində onun yeganə statusu ölkənin qanunvericilik orqanının deputatı statusu deyil, şəxsi fikri olan sıravi Litva vətəndaşı statusudur”.

Yerevanda və işğal edilmiş Qarabağda heç bilmirdilər ki, onlar səfər müddətində özünü hətta deputat kimi təqdim etməsinə də icazə verilməmiş sıravi xarici vətəndaşı qəbul edir, yedizdirir və içirdirlər. Məsələn, yayda Antaliyaya və ya Bodruma istirahətə getmiş hər hansı deputat kimi. Orada su hovuzunda çabalayan və ya təpədən sürüşən turistin sözləri başqa dövlətin qanunvericilik orqanının mövqeyi kimi qəbul ediləcəkmi? Bizim qəhrəmanın statusu da təxminən belə olub.

Daliya Kuodite uzun müddət “Litva sakinlərinin soyqırımı və müqavimət hərəkatını Araşdırma Mərkəzi”nin direktoru olub və ola bilsin ki, potensial pullu lobbiçilərin erməni rekrutyorları bu vasitə ilə onunla əlaqə yaradıblar. Sonradan Seymə yol tapmış Kuodite separatist və tanınmış qurumlara lobbiçilik etmək yoluna qədəm qoyaraq, Tibetə, Tayvana, indi isə, gördüyümüz kimi Arsaxa da dəstək qrupları yaradıb. Təbii ki, bütün bu qurumlar heç yerdə qeydiyyata alınmayıb, Seym tərəfindən tanınmayıb və hətta nəzəri şəkildə də tanına bilməzdi. Deməli, onlar Seymin adından heç bir bəyanat verə bilməzdi.

Ötən şənbə günü litvalı qonaq Yerevanda “soyqırımı” muzeyinə gedib. Orada erməni jurnalistlər onu əhatəyə alıb suallar yağdırıblar. Oxucularımıza təkidlə tövsiyə edirik ki, onun ifrat biabırçı müsahibəsinin videoyazısına baxaraq bir qədər əylənsinlər: https://www.youtube.com/watch?v=z5N8C1Thztk. Bütün bu illər ərzində heç olmasa ingilis dilini orta səviyyədə öyrənmək olardı.

Hər halda Seymin sədri haqlı olaraq öz deputat həmkarına xatırladıb ki, səfər müddətində onun ölkənin qanunverici orqanı adından çıxış etməyə mandatı yoxdur. Qəribədir, görəsən, yumşaq desək, intellekti ilə o qədər də parlamayan bu persona hansı möcüzə sayəsində Seymə gedib çıxıb? Ümid edirik ki, litvalı seçicilər növbəti parlament seçkilərində həqiqətən seçəcəklər. Ölkədə bu xanımın yerini tuta biləcək və öz Vətənini naqolay vəziyyətə salmayacaq savadlı siyasətçilər kifayət qədərdir.

İndi isə madam Kuoditeni müşayiət edən “svita” barədə bir neçə söz. Jurnalistlərin içkiyə qurşanmış həmkarları kimi təqdim etdikləri Rimvidas Valatka 15min.lt portalında tez-tez çıxış edirdi. Bu portalda dərc edilən antiazərbaycan ruhlu materialların demək olar ki, hamısı onun qələmindən çıxıb. Biz öz kanallarımız vasitəsilə aydınlaşdıra bilmişik ki, Litva XİN-də və Seymdə onun haqqında o qədər də yaxşı fikir yaranmayıb. Bunu qeyd etmək kifayətdir ki, Valatka qalmaqallı deputat Renatas Yuşka ilə dostluq edir. Bu həmin Yuşkadır ki, Şərq Qonşuluq Siyasəti Departamentinin direktor müavini Zenonas Kumitaytis ilə telefon söhbəti yayılandan dərhal sonra onu Litvanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırdılar (bax: http://aze.az/news_venqerskaya_intelliqenciya__95260.html). Xatırladırıq, məhz bu diplomat deyirdi ki, Qarabağ münaqişəsində haqlı tərəf, əlbəttə, Azərbaycandır, lakin ermənilər xristian olduğuna görə hökmən onları dəstəkləmək lazımdır.

Görünür, Renatas Yuşka ilə Rimvidas Valatka da “düzgün olmayan” dinin nümayəndələrinə nifrət zəminində səs-səsə veriblər. Antiazərbaycan əhval-ruhiyyəli jurnalisti litvalı deputat Daliya Kuoditeni səfərdə müşayiət etməyə razı salmaq “Litva-Ermənistan” Forumu üçün nədir ki... Xüsusən ona görə ki, Forumun əlaqələndiricisi Armen Ayrapetyan onların hər ikisinə göz qoyacaqdır. Bizim mənbələrdən verilən məlumata görə, Ayrapetyana məhz bu turnenin maliyyə hissəsinə nəzarət etmək, müxtəsəri, hesabları ödəmək barədə tapşırıq verilib.

Məlum olduğu kimi, bu il fevral ayında Xocalı soyqırımının ildönümü ərəfəsində (yeri gəlmişkən, bu soyqırımı aktı “Litva sakinlərinin soyqırımı və müqavimət hərəkatını Araşdırma Mərkəzi”nin sabiq direktoru üçün maraqlı ola bilərdi) Azərbaycan diasporu Vilnüsdə geniş maarifləndirmə işi təşkil edib. Həmin işin elementlərindən biri Litva paytaxtının və ölkənin digər şəhərlərinin müxtəlif hissələrində 1992-ci ildə törədilmiş soyqırımı aktına görə Ermənistanı pisləyən böyük posterlər quraşdırılmışdı. Onda erməni icması, əlbəttə, bu ölkənin səfirliyinin dəstəyi ilə, isteriya qaldırmış, hətta “millətlərarası ayrı-seçkiliyin qızışdırılmasına görə” şikayətlə Litva Baş Prokurorluğuna müraciət etmişdi. Elə-belə, “bəlkə də keçər” deyə. Hərçənd, prokurorluğun bu məsələni öyrənərək dörd aydan sonra çıxardığı qərar erməni şikayətçiləri çox məyus etdi - posterlərin məzmununda etnoslararası düşmənçiliyi qızışdıran heç bir əlamət aşkar edilmədi və bu posterlərin hamısı xalis informativ xarakter daşıyırdı. Məhz bu Valatka öz müsahibəsində bu posterləri guya “təhlükəli presedent yaradan” vasitələr kimi xarakterizə etmişdi. Onun arqumenti o dərəcədə absurd idi ki, müşahidəçilərin çoxu təəccüblənirdi - nəyə görə o, Qarabağı Krımla müqayisə edib, amma təcavüzkar ilə təcavüz qurbanının yerlərini dəyişib, guya Ermənistan Azərbaycanın ərazisini “qopartmayıb”, Azərbaycan özü təcavüz törətməyə və “ona məxsus olmayan” ərazini ilhaq etməyə hazırlaşır. Krım ilə müqayisə məhz bu cür absurd kontekstdə aparılırdı. Beləliklə, Valatkanın pula satıldığı və qeyri-peşəkarlığı növbəti dəfə üzə çıxdı.

“Eurovision-2013” mahnı müsabiqəsi keçirilən ərəfədə İnternet şəbəkəsində saxta bir video yayıldı. Guya bəzi naməlum azərbaycanlılar pul gücünə ələ alınmış litvalılardan ibarət Azərbaycana səs verənlər qrupu yaratmağa çalışır. Müəllifi məhz Rimvidas Valatka olan həmin video, onun saxta olması ifşa edilsə də, düz dörd ay ərzində Valatkanın portalında qaldı. Valatka qeyri-rəsmi söhbətdə razılaşıb ki, əgər tamaşaçıların SMS səslərini pul gücünə almaq Azərbaycana həqiqətən lazım olsaydı, pulları litvalılara ödəməyə heç bir lüzum yox idi, sadəcə olaraq Litvada təhsil alan 200 azərbaycanlı tələbəyə müraciət edib ölkəmizə səs vermələrini xahiş etmək olardı. Rimvidas Valatka həmin videonun həqiqətən səhnələşdirilmiş olduğunu etiraf edib, saxta çarxın dörd ay onun portalında qalması faktını isə reytinqə kəskin ehtiyacı olması ilə izah edib. Biz qısametrajlı triller çəkmək ideyasının ona kim tərəfindən təklif edilməsinə zərrə qədər də şübhə etmirik.

Bəli, sentyabrın 1-də Azərbaycanın işğal edilmiş ərazisinə belə bir kompaniya səfər edib. Təbii ki, qrupun üzvləri dərhal Azərbaycana gəlməsi arzuedilməz olanların siyahısına düşüb. Bir stəkan suda fırtına yaradılmasına oxşayan bu hadisəyə xüsusi reaksiya verməyə dəyərmi? Maraqlı sualdır. Ümumiyyətlə, Litvadan Azərbaycana kimlərin gəlməsinə baxsaq, bizim qonaqların nüfuz və ad-san dərəcəsini Ermənistana gələnlərlə müqayisə etsək, necə deyərlər, şərhə ehtiyac qalmır. Əgər Yerevan üçün və onun işğal edilmiş ərazilərdəki oyuncaqları üçün xanım Kuodite səviyyəli qonaqların bu yarımmüstəmləkə məkana səfərləri sensasiyadırsa, sualın cavabı aydındır.

Daliya Kuodite səfər etməsi tövsiyə olunmayan ərazilərdə yaxşıca kef edəndən sonra vətənə qayıdanda onu Seymin intizam komissiyasına dəvət olunmaq gözləyir, orada o, öz həmkarlarının və diplomatların məsləhətlərinə etinasız yanaşdığına görə cavab verməli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO