Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək
Bakı, 4 dekabr, AZƏRTAC
Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək.
Dövlət Dəniz və Liman Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.
Bu barədə agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]