DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINA DAİR USTAD-PLANIN YARADILMASINI MALİYYƏLƏŞDİRƏCƏK
ABŞ Dövlət Departametinin strukturu olan Ticarətin İnkişafı Agentliyinin elan etdiyi müsabiqədə qalib gəlmiş Amerika şirkəti Azərbaycanın turizm sahəsinin inkişafına dair ustad-plan hazırlayacaqdır. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bu barədə jurnalistlərə məlumat verərək bildirmişdir ki, layihənin büdcəsi 308 min ABŞ dolları olacaq və bu məbləğin 20 faizi Azərbaycan tərəfinin ehtiyaclarına – ekspertlərin məsləhətlərinə, nəqliyyat xərclərinə sərf ediləcəkdir. Layihənin başlanması haqqında sənəd Bakıda imzalandıqdan sonra Agentliyin saytında yalnız Amerika şirkətlərinin iştirak edə biləcəyi müsabiqə barədə məlumat yerləşdiriləcəkdir. Qalib nazirliyin və Agentliyin qarşılıqlı razılığı əsasında müəyyən ediləcəkdir.
Nazir belə nüfuzlu təşkilat tərəfindən ekspert qiyməti veriləcək genişmiqyaslı sənədin Azərbaycan üçün vacibliyini vurğulayaraq demişdir ki, bu, turizm sahəsinə vəsait qoymaq istəyən xarici sərmayəçilər üçün əhəmiyyətli stimul olacaqdır.
Ə.Qarayevin sözlərinə görə, sənədin bir sıra məqamları dövlət və hökumət səviyyəsində razılaşdırıldıqdan sonra bu ilin yazında layihənin elan olunması barədə sənədin imzalanacağı gözlənilir. Ustad-plan 2005-ci ilin sentyabr ayında hazır olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]