DÖVLƏT DUMASI MƏTBUATDA RUSİYA ƏLEYHİNƏ KAMPANİYA APARANLARIN TAPILMASINI TƏLƏB EDİR
Tapşırığın təşəbbüsçüsü Aleksandr Krutov vurğulamışdır ki, indi Rusiya dünya siyasətində liderliyi özünə qaytarmağa başlayır. Onun fikrincə, “ölkənin dünyada rolunun güclənməsi Qərbdə və Rusiyanın özündə müəyyən qüvvələrin xoşuna gəlmir”. Deputat demişdir: “Qərb mətbuatında və ölkəmizin bəzi KİV-lərində Rusiyanı nüfuzdan salmaq üçün çoxsəpkili kampaniya aparılır”.
Krutov bildirmişdir ki, bu kampaniyadan məqsəd Rusiyanı əcnəbilərə nifrətin və milli ədavətin gücləndiyi ölkə kimi göstərməkdən, “böyük səkkizliy”in zirvə görüşünün keçiriləcəyi Sankt-Peterburqa rus faşizminin paytaxtı damğası vurmaqdan ibarətdir.
Dövlət Dumasının üzvü bəzi məhkəmə qərarlarında və hətta dövlət orqanlarının internet səhifələrinə hakerlərin hücumlarında Qərbin əli olduğunu qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]