Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb
Bakı, 11 aprel, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk rübündə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələri üzrə olub. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə 7,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 26,5 milyon manat vəsait büdcəyə daxil olub.