Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 005 nömrəli Bakı-Tehran aviareysı ilə uçmaq istəyən İran vətəndaşları Məhəmməd Rza Fərəhmənd Mustafa oğlu və Məneje Əmirarslani Həsən qızından şəxsi yoxlama zamanı bəyan olunmamış, ölkə ərazisindən gizli çıxarmağa cəhd etdikləri 28 min 750 ABŞ dolları, 872 nömrəli Bakı-Moskva aviareysi ilə Rusiya vətəndaşı Nəsirov Həmid İsa oğlundan isə 24 min 100 ABŞ dolları aşkar olunaraq götürülmüşdür.

016 nömrəli Dubay-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı Ağayev Rəşad Canbaxış oğlunun əşyalarına gömrük baxışı zamanı, bəyan etmədiyi 231 ədəd müxtəlif markalı mobil telefon, 027 nömrəli Bakı-Hələb aviareysinin sərnişini, Küveyt vətəndaşı Məhəmməd Almarridən isə ona məxsus yükün içərisində 2 şahin quşu aşkar olunmuşdur.

X X X

Zaqatala rayonu Muğanlı kəndinin Gürcüstanla həmsərhəd ərazisində - Bulaqbaşı adlanan sahədə Balakən gömrükçülərinin Zaqatala rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,5 hektar sahədə 13 min 500 kiloqram yabanı halda bitmiş çətənə kolu toplanaraq məhv edilmişdir.

Balakən gömrükçülərinin rayon vergilər idarəsinin əməkdaşları ilə birgə keçirdikləri digər əməliyyat nəticəsində isə həmin rayonun “Gürcü bazarı” deyilən ərazisində Gürcüstan vətəndaşlarından 50 litr spirt və kustar üsulla hazırlanmış 70 litr araq aşkar edilərək götürülmüşdür.

X X X

Tovuz gömrükxanasının əməkdaşları “Sınıq körpü” məntəqəsində Azərbaycana gələn, Gürcüstan vətəndaşı Bayram Bayaz Yunis oğlunun idarə etdiyi “İkarus-250” markalı AAU 228 nömrəli sərnişin avtobusuna gömrük nəzarəti keçirərkən bəyan olunmamış 156 litr spirt tutmuşlar.

“Sınıq körpü” məntəqəsində Gürcüstana gedən, Azərbaycan vətəndaşı İsmayılov Bəkır Mürşüd oğlunun idarə etdiyi “KUBAN-01 Kİ-02” markalı 20 AD 090 dövlət nömrə nişanlı avtobusa gömrük nəzarəti keçirilərkən 6 min 200 kiloqram bəyan olunmamış mis aşkar edilmişdir.

X X X

Azərbaycan vətəndaşı Hüseynov Rauf Şəmistan oğlunun idarə etdiyi “İKARUS 250” markalı 10 GU 904 dövlət nişanlı avtobus İrandan gələrkən Astara gömrükxanasının əməkdaşları tərəfindən yoxlanılmış, oradan 7 min 700 qutu “PLEASURE” siqareti, İrana gedən, Azərbaycan vətəndaşı Məmmədov Səyavuş Ramiz oğlunun idarə etdiyi “Kamaz” markalı AZ 42-AC-208 dövlət nömrə inşanlı yük maşınından isə 115 qramlıq bankalarda 8 kiloqram 165 qram kürü, 1040 qutu plastik oyun kartları və xeyli miqdarda şirniyyat aşkar edilmişdir.

Bütün faktlar üzrə təhqiqat aparılır.

X X X

Sentyabrın 17-də gömrük orqanlarının əməkdaşları Sumqayıt yaxınlığında, xüsusi ayrılmış ərazidə 23 min 251 qutu saxta “Ariel” yuyucu tozunu yandırmaqla məhv etmişlər.

Xatırladaq ki, Balakən gömrükxanasının Mazımçay gömrük postunda Gürcüstan ərazisindən Azərbaycana keçirilməsinə cəhd göstərilən “Ariel” əmtəə nişanlı bu qədər yuyucu toz gömrükçülər tərəfindən aşkar olunmuş, “Azərterminalkompleks” təsərrüfat hesablı xarici-iqtisadi birliyinin anbarına yerləşdirilmişdi. Dövlət Gömrük Komitəsinin istintaq idarəsi tərəfindən ibtidai istintaqı başa çatdırılan iş baxılmaq üçün Balakən rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən müvafiq hökm çıxarılmışdır.

“Ariel” əmtəə nişanlı yuyucu tozun mənşəyi və kimyəvi tərkibini müəyyən etmək məqsədi ilə “Azərterminalkompleks” birliyi tərəfindən bu məhsulun istehsalçısı “Prokter & Gamble” şirkətinə müraciət olunmuşdur. Həmin şirkətin əmtəəşünaslıq ekspertizasına dair aktında “Ariel” tozunun standarta uyğun gəlməməsi barədə rəy verilmişdir. Dövlət Gömrük Komitəsinin mərkəzi laboratoriyasının yuyucu tozun mənşəyi və kimyəvi tərkibi barədə verdiyi rəydə “Əmtəə nişanları və çoğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması göstərilmişdir. Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun verilən rəydə də bu məhsulun kontrafakt olduğu, onun respublika ərazisində satışına qadağa qoyulması və məhv edilməsi məqsədəuyğun hesab olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib