Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-da növbəti SAT imtahanı keçiriləcək
Bakı, 7 mart, AZƏRTAC
Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]