Dövlət İmtahan Mərkəzi: TOEFL və SAT imtahanlarında 38 nəfər iştirak edib
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.
TOEFL imtahanında 11, SAT (Subject) imtahanında isə 38 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Növbəti TOEFL imtahanının iyulda, SAT imtahanının isə oktyabrın 6-da keçirilməsi nəzərdə tutulur. İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı http://www.dim.gov.az/activities/exams/toefl/ və http://dim.gov.az/activities/exams/sat/ keçidlərindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]