CƏMİYYƏT
Dövlət Komissiyası: Cari ildə qaçaqmalçılıqla bağlı cinayətlərin sayı artıb
![Dövlət Komissiyası: Cari ildə qaçaqmalçılıqla bağlı cinayətlərin sayı artıb](/files/2023/3/1200x630/17025428275810628568_1200x630.png)
Bakı, 14 dekabr, AZƏRTAC
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 523, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 209, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 149, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 65, qrup halında olan cinayətlərin sayı isə 57 fakt azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair hesabatında yer alıb.
Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 168 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 466 kiloqram 653,751 qram artıb.