CƏMİYYƏT
Dövlət Komissiyası: Doqquz ayda dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 252,3 milyon manat olub
![Dövlət Komissiyası: Doqquz ayda dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 252,3 milyon manat olub](/files/2023/3/1200x630/16972005931197338113_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377 kiloqram 290,98 qram olan 932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yanvar-sentyabr aylarının yekunları ilə bağlı məlumatında yer alıb.
Bildirilib ki, bu müddət ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 207 kiloqram 543,024 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min AZN kimi qiymətləndirilir.