Dövlət Miqrasiya Xidməti daha bir elektron xidməti istifadəyə verib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, qurumun rəsmi saytının (www.migration.gov.az) “Elektron xidmətlər” pəncərəsinə daxil olaraq “Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.
Yeniliyin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və ölkədən çıxışları ilə bağlı rahatlıqlarının təmin olunması və şəffaflığın artırılmasıdır.
DMX xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]