İQTİSADİYYAT
Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən avqustun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2024 [19:11]
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb
- 16.09.2024 [17:31]
ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək
- 16.09.2024 [17:29]