Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Proqramının icrası Naxçıvanda arıçılığın inkişafı üçün geniş imkanlar yaradır

Naxçıvan, 9 mart, AZƏRTAC

Muxtar respublikamızın iqlim şəraiti, məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Həm bir çox xəstəliklərin müalicəsində möcüzəvi faydaları, həm də bu sahə ilə məşğul olanlar üçün mühüm gəlir mənbəyi olması arıçılığı daim diqqət cəlb edən fəaliyyət növlərindən birinə çevirib. Naxçıvanda aqrar sektorun mühüm tərkib hissəsi kimi arıçılıqda məhsuldarlığın daha da yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilməkdədir.

Arıçılıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Dövlət Proqramında “Giriş” hissəsində qeyd edildiyi kimi: “Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır”.

Dövlət Proqramında hər il bal festivalının keçirilməsi ilə bağlı nəzərdə tutulan tapşırığın icrası arıçılar üçün stimullaşdırıcı xarakter daşımaqla yanaşı, muxtar respublika sakinləri üçün müxtəlif çeşidlərdə arıçılıq məhsullarına əlçatanlığın asanlaşdırılmasına imkan yaradır. Tapşırığın icrası məqsədilə 2020-ci il sentyabrın 26-da muxtar respublikada beşinci “Arıçılıq məhsulları - bal festivalı” keçirilib. Ənənəvi xarakterli sosial-iqtisadi tədbirlərin ünvanına çevrilmiş “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak edib. Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb. Naxçıvan Dövlət Universiteti tərəfindən arıçılıq ləvazimatları, nəşr olunmuş ədəbiyyatlar və yeni istehsal texnologiyalarının sərgisi təşkil edilib, 10 adda buklet hazırlanaraq arıçı sahibkarlara paylanılıb. İki gün davam edən festivalda “Ən yaxşı arıçılıq məhsulları - bal” nominasiyası üzrə müsabiqə təşkil edilib, qaliblərə hədiyyə və diplomlar təqdim olunub.

Ötən il 98 hektar ərazidə nektar və çiçək tozu ilə zəngin olan
meşə və meyvə tingləri əkilib

Arıçılığın inkişafını şərtləndirən ən mühüm vasitələrdən biri balyığma mənbələrinin çoxaldılmasıdır. Arı ailələrinin sayı artdıqca bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilərin çoxaldılması da mühüm zərurətə çevrilir. Dövlət Proqramında yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulub. 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 98 hektar ərazidə nektar və çiçək tozu ilə zəngin olan meşə və meyvə tingləri əkilib. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında 2 min 29 hektar sahədə yonca, 25,4 hektar sahədə xaşa və eyni ölçüyə malik sahədə şənbəllə əkininin aparılması balyığma mənbələrinin artmasına şərait yaradıb.

Təbii yem mənbələrinin çoxaldılmasında nektar və çiçək tozu ilə zəngin bitkilərin əkilməsi ilə yanaşı, yeni balyığma mənbələrinin aşkar edilməsi də mühüm əhəmiyyət kəsb edən faktorlardandır. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə Şərur rayonunun Axura kəndinin yuxarı hissəsində yerləşən “Hadıqayıb” adlanan ərazidə, eləcə də rayonun Gümüşlü, Yuxarı Yaycı, Havuş, Şahbulaq, Günnüt, Ordubad rayonunun Biləv, Rumus, Parağaçay, Şahbuz rayonunun Gömür, Kükü, Keçili, Yuxarı Qışlaq kəndlərində və “Batabat” yaylağında nektar və çiçək tozu ilə zəngin olan balyığma mənbələri aşkar edilib. Arıxanaların yerləşdiyi ərazilərdə bal verən bitkilərin kökünün kəsilməsinin qarşısının alınması da diqqət mərkəzində saxlanılıb, bu məqsədlə təşkil olunan maarifləndirmə tədbirləri davam etdirilib. Ümumilikdə, 2020-ci ildə Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə 3 müşavirə, 13 görüş keçirilib, sahibkarlara 20 mövzunu əhatə edən 500 nüsxə buklet hazırlanaraq paylanılıb.

Amerika və Avropa çürüməsi xəstəliklərinə görə
arıxanalardan 14 min 558 nümunə yoxlanılıb

Arıçılıqda məhsuldarlığa təsir göstərən amillər arasında arı xəstəlikləri əsaslı yer tutur. Vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi arı ailələrində baş verə biləcək xəstəliklərin və məhsuldarlığın aşağı düşməsinin qarşısını alır. Proqramın icrası istiqamətində həyata keçirilən laborator müayinələr arı ailələrində yayıla biləcək infeksion və parazitar xəstəliklərin gec olmadan aşkar edilməsinə və təyinatı üzrə tədbirlər görülməsinə şərait yaradır. Bu məqsədlə 2020-ci ildə Amerika və Avropa çürüməsi xəstəliklərinə görə arıxanalardan 14 min 558 nümunə götürülərək yoxlanılıb, infeksion xəstəlik aşkar edilməyib. Eyni zamanda parazitar xəstəliklərdən olan varroatoz, akarapidoz, nozematoza görə müayinələr həyata keçirilib, xəstəliklərin müalicəsində istifadə olunan 7 adda dərman vasitəsi sahibkarlara paylanılıb. Onu da qeyd etmək lazımdır ki, proqramın icrasına uyğun olaraq Culfa və Babək şəhərlərində, eləcə də Nehrəm qəsəbəsində heyvandarlıq - arıçılıq sahələri üzrə əczaxanaların işə başlaması arıçı sahibkarların yarana biləcək xəstəliklərlə mübarizədə fəaliyyət imkanlarını daha da artırmaqdadır.

Naxçıvanda bir ildə 18 arıçılıq təsərrüfatı yaradılıb

Naxçıvanda arıçılıq məhsullarının istehsalına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Muxtar respublikada sahibkarlara subsidiyaların verilməsi məqsədilə arı ailələrinin uçota alınması diqqətdə saxlanılır, yeni arıçılıq təsərrüfatları yaradılır, arı ailələrinin sığortalanması üçün mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. İcrası davam edən müvafiq Dövlət Proqramı isə görülən işlərin kompleks xarakter almasına şərait yaradır. Bu istiqamətdə 2020-ci ildə muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 18 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 6 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib. Uçota alınmış arı ailələri üzrə 3 min 943 sahibkara 984 min manat həcmində subsidiyanın ödənilməsi arıçılığın inkişafına göstərilən dövlət qayğısının mühüm təzahürü kimi diqqəti cəlb edir. 2020-ci ildə arıçılıq təsərrüfatlarında istehsal olunan təbii bal məhsulundan 245, mum vərəqindən 1 halda nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müəyyən olunub. Həmçinin bu dövrdə 2 arıçılıq məhsulunun sertifikatlaşdırılması, 226 arı ailəsinin sığortalanması təmin edilib.

Arıçılıq üzrə mütəxəssislərin hazırlanması diqqət mərkəzindədir

Muxtar respublikada xüsusi diqqət yetirilən məsələlərdən biri də arıçılıq üzrə mütəxəssislərin hazırlanması, arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi barədə sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə Dövlət Proqramında müəyyən edilmiş tapşırığın icrası 2020-ci ildə də davam etdirilib, “Arı ailələrinin qışlamaya hazırlanması”, “Arıçılıq və bu sahəyə göstərilən dövlət qayğısının bəhrələri” və “Vərəmum min bir dərdin dərmanıdır” adlı məqalələr hazırlanaraq dərc olunub. Eyni zamanda, Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Şərur Texniki-Peşə və Sürücülük Məktəbində arıçılıq peşəsi üzrə təhsil alan müdavimlərə arıçılıqda arı ailələrinə qulluq qaydaları haqqında təlimlərin keçirilməsi davam etdirilib.

Arı ailələrinin sayı 100 minə yaxınlaşıb

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər muxtar respublikada arı ailələrinin sayının artmasına şərait yaradıb. Naxçıvanda 1 yanvar 2021-ci il tarixə 99 min 935 arı ailəsi uçota alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 137 arı ailəsi çoxdur.

Muxtar respublikada son illər ekoloji tarazlığın qorunması, təbiətin zənginləşdirilməsi, yaşıllıq sahələrinin genişləndirilməsi arıçılığın inkişafı üçün geniş imkanlar açıb. Bunun nəticəsidir ki, arıçılıqla məşğul olanların sayı ildən-ilə artır, əldə olunan məhsul, nəinki Naxçıvan, ölkə bazarlarına çıxarılır və böyük alıcı rəğbəti qazanır.

 

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb  YENİLƏNƏCƏK  VİDEO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK VİDEO

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb