Dövlət Radiotezliklər İdarəsi Bişkekdə keçirilən radiorabitə üzrə regional seminarda təmsil olunur
Bakl, 3 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) nümayəndəsi Qırğızıstanın Bişkek şəhərində keçirilən Şərqi Avropa və MDB ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radiorabitə üzrə regional seminarına qatılıb.
Dövlət Radiotezliklər İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda iştirak etmək üçün DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Nizami Abdullayev Qırğızıstana ezam edilib.
Martın 2-də işə başlayan seminar martın 6-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]