Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər

Bakı 18 avqust (AZƏRTAC). Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu səbəbdən üç rəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etmişdir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirmişdir.

Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.

Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.

Xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətində olan xüsusi məsələdir. Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan ölkəmizin qazandığı uğurlarda mühüm rol oynayır.

Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazasının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasından xəbər verir.

Bundan başqa paytaxtda və bölgələrdə yeni sərhəd zastavalarının yaradılması və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda sərhəd xidmətinin fəaliyyətinin daha keyfiyyətli qurulmasından xəbər verir. Bu sırada sərhədçilərdə əsas diqqəti dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsinə, döyüş hazırlığının yüksəldilməsinə yönəltmişlər.

2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə ilə yadda qalmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyev sərhədçilərin peşə bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılışında iştirak etmişdir. Akademiyada yaradılan şərait təsdiq edir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə birləşmə və hissələrin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində sərhəd qoşunlarının da yüksək səviyyədə təmsil olunması, sərhədçilərimizin vətənimizin keşiyində hər zaman ayıq-sayıq durduğunu sübut edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb