Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergiödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Xidmət tərəfindən qanunvericiliyə son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
“Aqrar emal fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsal sahəsi üzrə əlavə vergi təşviqləri verilib”, “Azadolma və güzəştlərin əhatə dairəsi genişləndirilib”, “Kommersiya və (və ya) vergi sirri hesab olunmayan məlumatların siyahısı genişləndirilib”, “İdxal ediləcək mallar barədə məlumat formasını təqdim edən subyektlər dəqiqləşdirilib”, “Dövlətə və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilib”, “Maliyyə sanksiyalarında dəyişikliklər edilib”, “Nəzarət olunan xarici müəssisə barədə”, “Sosial xarakterli güzəştlər artırılıb”, “Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti artırılıb”, “Bank hesabları üzrə aparılan əməliyyatlar barədə”, “ƏDV geri al” sistemində dəyişikliklər edilib”, “Müəssisənin nizamnamə fonduna əsas vəsaitin pay şəklində qoyulması ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır”, “Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması halları dəqiqləşdirilib”, “Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib” adlı flayerlərdə vergiödəyiciləri üçün zəruri məlumatlar verilib. Bundan başqa, “Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin apardığı tibb xidmətləri üzrə yeni tələblər müəyyən edilib”, "Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilib", “Elektron ticarətin vergiyə cəlb edilməsi mexanizmi formalaşdırılacaq”, “Vergiödəyicilərinin vəzifələrində dəyişikliklər edilib” adlı flayerlər də hazırlanıb.