Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır?

Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır?

Bakı, 6 iyul, AZƏRTAC

Rəqəmsal transformasiya müasir dövlət idarəçiliyinin əsas istiqamətlərindən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı dövlət xidmətlərinin təşkili və təqdim olunması üsullarını da dəyişdirərək ənənəvi idarəetmə modelindən rəqəmsal idarəetməyə keçidi sürətləndirib. Bu gün bir çox ölkələrdə dövlət qurumları vətəndaşlara daha operativ, şəffaf və əlçatan xidmət göstərmək məqsədilə elektron platformalar, mobil tətbiqlər və rəqəmsal identifikasiya sistemlərindən geniş istifadə edir. Bu yanaşma təkcə xidmətlərin elektron formaya keçirilməsi deyil, həm də idarəetmə proseslərinin optimallaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması deməkdir.

AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da dövlət xidmətlərinin elektronlaşdırılması və vahid platformada təqdim edilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesin əsas elementlərindən biri olan “mygov” platforması vətəndaşların dövlət xidmətlərinə çıxışını sadələşdirərək daha rahat, sürətli və şəffaf xidmət modelinin formalaşmasına töhfə verir.

Bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsinin vacibliyinə toxunub. Prezident İlham Əliyev, eyni zamanda, çıxışında rəqəmsal inkişafla bağlı olan məsələlərin Azərbaycanın gələcək inkişafını böyük dərəcədə şərtləndirdiyini vurğulayıb.

Dövlət qurumları arasında inteqrasiya

Qeyd edək ki, əvvəllər müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı internet resurslarına daxil olmaq və ya bir neçə dövlət orqanına fiziki müraciət etmək lazım gəlirdisə, bu gün bir çox xidmət vahid platforma olan “mygov”da təqdim olunur. Bu yanaşma həm vətəndaşların vaxtına qənaət edir, həm də dövlət xidmətlərindən istifadə prosesini daha da rahatlaşdırır.

"Bir pəncərə" prinsipi

Vahid platformanın ən mühüm üstünlüklərindən biri "bir pəncərə" prinsipinin tətbiqidir. İstifadəçilər müxtəlif dövlət qurumlarının elektron xidmətlərinə eyni platforma üzərindən çıxış əldə edə, şəxsi məlumatlarını, elektron sənədlərini və müraciətlərini vahid mühitdə idarə edə bilirlər. Bu isə xidmətlərin əlçatanlığını artırmaqla yanaşı, istifadəçi təcrübəsini də yaxşılaşdırır.

“mygov” platforması dövlət qurumları arasında məlumat mübadiləsinin daha operativ həyata keçirilməsinə də imkan yaradır. Nəticədə vətəndaşların eyni məlumatı və ya sənədi müxtəlif qurumlara dəfələrlə təqdim etməsi zərurəti azalır. Bu, həm bürokratik prosedurların sadələşməsinə, həm də xidmətlərin göstərilmə müddətinin qısalmasına müsbət təsir göstərir.

Vaxta və maliyyəyə qənaət

Rəqəmsal xidmətlərin genişlənməsi iqtisadi baxımdan da mühüm üstünlüklər yaradır. Elektron müraciətlər kağız sənəd dövriyyəsini azaldır, inzibati xərclərin optimallaşdırılmasına kömək edir və dövlət resurslarından daha səmərəli istifadəyə şərait yaradır. Vətəndaşlar isə dövlət qurumlarına getmək üçün əlavə vaxt və nəqliyyat xərclərindən azad olurlar.

Mühüm məqamlardan biri də məlumat təhlükəsizliyidir. Rəqəmsal identifikasiya və müasir təhlükəsizlik mexanizmləri istifadəçilərin şəxsi məlumatlarının qorunmasına xidmət edir. Eyni zamanda, rəqəmsal mühit xidmətlərin göstərilməsində şəffaflığın artırılmasına və proseslərin daha rahat izlənilməsinə imkan yaradır.

Gələcəyə baxış

Gələcəkdə “mygov” platformasının imkanlarının daha da genişləndirilməsi, yeni dövlət xidmətlərinin sistemə inteqrasiyası, proaktiv xidmətlərin tətbiqi və süni intellekt əsaslı həllərin istifadəsi vətəndaş məmnuniyyətinin artmasına və dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə əlavə töhfə verə bilər.

Rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, həm də dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə keçididir. Bu baxımdan, “mygov” platforması dövlət xidmətlərinin daha əlçatan, operativ və şəffaf şəkildə təqdim olunmasını təmin edən mühüm rəqəmsal həll kimi çıxış edir. Platformanın inkişafı həm dövlət idarəçiliyinin səmərəliliyini artırır, həm də vətəndaşların gündəlik həyatını daha rahat və çevik edir.

Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, rəqəmsallaşma üzrə ekspert Vüsal Quliyev deyib ki, Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşdırılması son illərdə ən sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib. Onun sözlərinə görə, dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaşların vaxtına qənaət edilməsi və bürokratik prosedurların minimuma endirilməsi istiqamətində atılan addımlar artıq yeni mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, qarşıdakı dövrdə həyata keçiriləcək yeniliklər göstərir ki, əsas məqsəd yalnız xidmətlərin rəqəmsallaşdırılması deyil, həm də onların vətəndaş üçün daha rahat, vahid və istifadəçiyönümlü təqdim edilməsidir: “Bu istiqamətdə ən mühüm yeniliklərdən biri müxtəlif dövlət qurumlarının ayrı-ayrılıqda fəaliyyət göstərən portal və mobil tətbiqlərinin mərhələli şəkildə vahid rəqəmsal ekosistemə inteqrasiya olunmasıdır. Bu yanaşma dövlət xidmətlərinə çıxışı xeyli sadələşdirəcək və istifadəçi təcrübəsini yeni səviyyəyə qaldıracaq. Hazırda bir çox vətəndaşlar müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün bir neçə mobil tətbiq yükləməyə və fərqli platformalarda qeydiyyatdan keçməyə məcbur olurlar. Yeni model isə bu yanaşmanı dəyişir. Gələcəkdə həm vətəndaşlar, həm də biznes subyektləri dövlət xidmətlərinin böyük əksəriyyətinə yalnız "mygov" və "mygov biznes" platformaları vasitəsilə çıxış əldə edə biləcəklər. Bu isə xidmətlərdən istifadənin daha rahat, daha sürətli və daha səmərəli təşkil edilməsinə imkan yaradacaq. Əslində bu proses artıq praktiki mərhələyə keçib. "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" platformasına inteqrasiya olunub. Bununla yanaşı, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" platformalarının da bir çox xidmətləri artıq vahid sistem üzərindən əlçatandır. İlin sonunadək həmin tətbiqlərin bütün xidmətlərinin də "mygov" vasitəsilə təqdim olunması planlaşdırılır. Bu, rəqəmsal dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsi istiqamətində mühüm addımdır”.

Rəqəmsal transformasiya dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edir

Rəqəmsal transformasiyanın ən diqqətçəkən istiqamətlərindən birinin isə proaktiv dövlət xidmətlərinin genişləndirilməsi ilə bağlı olduğunu deyən Vüsal Quliyev deyib: “Vətəndaş artıq bəzi xidmətlərdən yararlanmaq üçün ayrıca müraciət etməyəcək. Dövlət informasiya sistemlərində mövcud olan məlumatlar əsasında xidmət avtomatik təqdim ediləcək. Rəqəmsal transformasiya, eyni zamanda, dövlət idarəçiliyində səmərəliliyin artırılmasına da xidmət edir. Məlumatların müxtəlif qurumlar arasında təhlükəsiz şəkildə paylaşılması təkrarlanan prosedurların aradan qaldırılmasına, qərar qəbuletmə prosesinin sürətlənməsinə və dövlət resurslarından daha effektiv istifadə olunmasına imkan yaradır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda rəqəmsal dövlət quruculuğu yeni inkişaf mərhələsinə daxil olur. Vahid platformaların yaradılması, proaktiv xidmətlərin genişləndirilməsi, avtomatik bildiriş sistemlərinin tətbiqi və dövlət xidmətlərinin inteqrasiyası vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş kompleks yanaşmanın tərkib hissəsidir”.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib