Dövlət Yanğın Nəzarəti Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərasim Xocalı soyqırımı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan xidmətin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən natiqlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı akrlarının törədilməsini diqqətə çatdırıb, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlının öz tarixi ərazilərində etnik təmizləmə və qətliama məruz qalaraq kütləvi surətdə qətlə yetirilmələri, dədə-baba torpaqlarından didərgin salınmaları barədə danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]