DÖVLƏTQAÇQINKOMDA GÖRÜŞ
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Didye Leylə görüşündə bu təşkilatın vasitəsilə respublikamızda həyata keçirilən proqramların icrasından, QAK-ın Bakı ofisinin gələcək fəaliyyətindən, habelə İtaliyanın “Eni-Acip” neft şirkətinin vəsaiti ilə reallaşdırılan layihələrdən söhbət getmişdir.
Baş nazirin müavini 1992-ci ildən bəri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində xüsusi yeri olan bu təşkilatın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də aradan qaldırılmadığına görə, QAK-ın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsini və genişləndirilməsini məqsədəuyğun saymışdır.
Görüşdə “Eni-Acip” şirkətinin vasitəsi ilə Beyləqan rayonunda 110 ailə üçün tikilmiş 124 evin, məktəb, xəstəxana, uşaq bağçası və digər infrastrukturların yaxın zamanda keçiriləcək açılışı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]