D.Peskov: Rusiya ardıcıl xətti davam etdirəcək
Moskva, 7 aprel, AZƏRTAC
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib: “Sözsüz ki, bu dəfə də atəşin dayandırılması üçün ən müxtəlif səviyyələrdə çox operativ və böyük iş görülüb. Rusiyanın bu səyləri prosesin iştirakçıları tərəfindən qeyd olunub. Əlbəttə, rəsmi Moskva ardıcıl xətti davam etdirəcək”.
TASS informasiya agentliyinin məlumatına görə, D.Peskov xatırladıb ki, Rusiya Minsk qrupunun həmsədrlərindən biridir və münaqişənin başladığı vaxtdan onun sülh yolu ilə həllinin şərtlərinin təmin edilməsi üçün səylər göstərir. Rusiya Prezidentinin mətbuat katibi deyib: “Rusiya həm rəsmi İrəvan, həm də rəsmi Bakı ilə səmimi, tərəfdaş münasibətlərə malikdir və bu münasibətlərdən qeyd edilən şərtlərin yaradılması üçün istifadə edir. Bu zaman ikitərəfli əsasda və beynəlxalq mexanizmlər çərçivəsində fəaliyyət göstərir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]