Dron hücumu nəticəsində Pskov vilayətində Rusiyanın dörd İl-76 təyyarəsi zədələnib
Bakı, 30 avqust, AZƏRTAC
Pilotsuz uçuş aparatları Pskov Hava Limanına hücum edib. İlkin məlumatlara görə, itki yoxdur.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Pskov vilayətinin qubernatoru Mixail Vedernikov özünün teleqram kanalında məlumat verib .
“Hadisənin əvvəlindən şəxsən mən hadisə yerində olmuşam. Dağıntının miqyası dəqiqləşdirilir”, - deyə Vedernikov yazıb.
O qeyd edib ki, ilkin məlumata görə, xəsarət alan olmayıb. Daha ətraflı məlumatı qubernatorun şəxsən idarə edəcəyi əməliyyat qərargahından gözləmək lazımdır.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Pskovda hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.
Regionda son dron hücumu mayın 27-də səhər saatlarında qeydə alınıb. İki pilotsuz təyyarənin hücumu nəticəsində Nevelsk rayonunun Litvinovo kəndində baş verən partlayışda inzibati binaya ziyan dəysə də tələfat olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]