DSMF: Ötən ay 189,8 mindən çox şəxsə pensiya və müavinət ödənilib
Bakı, 16 avqust, AZƏRTAC
Bu ilin iyul ayında ailə başçısını itirməyə görə 189,8 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox şəxs isə müavinət alıb.