DUBAY HƏBSXANALARINDA CƏMİ 8 NƏFƏR AZƏRBAYCANLI CƏZA ÇƏKİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, komitənin əməkdaşları Günel Heydərova və Qalib Kərimov bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olmuşlar. Onlar bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanmış, bir sıra görüşlər keçirmişlər.
Azərbaycanın BƏƏ-ki səfiri Eldar Səlimov Dövlət Komitəsinin xahişinə əsasən bu ölkənin rəsmi orqanlarına sorğu ilə müraciət etmişdir. Sorğuya verilən cavabda deyilir ki, Dubay həbsxanalarında cəmi 8 nəfər azərbaycanlı var ki, onların da hamısı kişilərdir. Cəza çəkənlərin 2-si narkomanlıqda, 6-sı isə quldurluqda günahkar biliniblər. Səfirin bildirdiyinə görə, əxlaqsızlıqla məşğul olanlar tutulan kimi dərhal ölkədən deportasiya edilirlər. BƏƏ hökuməti ölkəyə daxil olan 30 yaşına qədər qadınların viza almalarını çətinləşdirib. Lakin bu haqda yazılı bir qanun mövcud deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]