Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının IV Qurultayının QƏTNAMƏSİ

Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqini, plenar iclaslarda və panellərdə aparılmış müzakirələri dinləyərək qeyd edir ki, dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmış, doğma Vətənə, tarix və mədəniyyətimizə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ətrafında birləşməsi prosesi geniş vüsət almışdır.

Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan Respublikasını dinamik inkişaf edən, güclü vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi bir ölkəyə çevirmişdir. Dünya Azərbaycanlılarının III Qurultayından ötən müddətdə respublikamızda müxtəlif dövlət proqramları və irimiqyaslı layihələr icra edilmiş, təhsil, səhiyyə, elm, texnologiya, mədəniyyət, sosial müdafiə, ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunmuşdur. Qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin artırılması, yeni iş yerlərinin açılması iqtisadi siyasət konsepsiyasının prioritet istiqamətlərini təşkil etmişdir. Qlobal güclərin diqqət mərkəzində olan Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin əsas komponentlərini təşkil edən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) kimi nəhəng transmilli layihələrdə iştirakı onun beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirmişdir. İlk telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizdə yeni bir sahənin - kosmik sənayenin inkişafının parlaq nümunəsi kimi tariximizə həkk olunmuşdur.

“Avroviziya” musiqi yarışması və birinci Avropa Oyunları Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu nümayiş etdirmişdir. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə ənənəvi olaraq keçirilən Qlobal Bakı forumları, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, 2016-cı ildə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu doğma Vətənimizin dünya birliyində böyük siyasi nüfuza malik olduğunu, tolerantlıq və multikulturalizm məkanı kimi tanındığını təsdiqləyən danılmaz faktlardır.

Azərbaycan dövlətinin qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi xaricdə yaşayan azərbaycanlılara da əlavə stimul verir, diaspor təşkilatlarının daha inamla fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının III Qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiyası, diaspor qurumlarının fəaliyyətinin koordinasiyası, tariximizin və milli-mədəni irsimizin təbliği istiqamətində bir sıra yaddaqalan layihələr icra edilmişdir. Təqdirəlayiq haldır ki, xaricdə yaşayan və ya təhsil alan gənclərimiz diaspor quruculuğunda xüsusi fəallıqları ilə seçilmişlər.

Ötən dövr ərzində türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk dövlətlərinin mədəni, iqtisadi və siyasi inteqrasiyasının dərinləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmüşdür.

Qurultay təəssüf hissi ilə bildirir ki, dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası bütün sahələrdə böyük nailiyyətlərə imza atsa da, Vətənimizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır. Son dövrlər Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin öldürülməsi, yaşayış evlərinin və sosial obyektlərin dağıdılması etnik separatizm və davakar millətçiliyin regionda sülhə və əmin-amanlığa ən ciddi təhdid olduğunu bir daha sübut etmişdir. Dünya azərbaycanlıları ordumuzun bu təxribatlara qarşı atdığı qətiyyətli addımları yüksək qiymətləndirir, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən bütün tədbirləri sonadək dəstəkləyəcəklərini bəyan edirlər.

Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının IV Qurultayı qərara alır:

1. Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab olunsun.

2. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi 109 nəfərdən ibarət müəyyən edilsin.

3. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimov təsdiq olunsun.

4. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcraçı Katibliyinə tövsiyə olunsun ki:

- Azərbaycan Respublikası Prezidentinin Qurultaydakı nitqində əksini tapmış tövsiyələrə uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, Azərbaycan haqqında obyektiv materialların yayılması, habelə xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili məqsədinə xidmət edən xüsusi fəaliyyət planı hazırlasın və onun həyata keçirilməsi istiqamətində tədbirlər görsün;

- Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunmuş xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etsin;

- Müasir dövrdə virtual informasiya məkanında daha çevik və məqsədyönlü fəaliyyətin əhəmiyyətini nəzərə alaraq, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bu sahədəki potensialından səmərəli istifadə etmək məqsədilə internet media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın yaradılması üçün lazımi tədbirlər görsün;

- Dünyada və regionda baş verən prosesləri, diaspor hərəkatı və lobbi quruculuğunun yeni ictimai-siyasi məzmun kəsb etməsini, xaricdə yaşayan icmaların təmsil etdikləri ölkələrin daxili həyatına və xarici siyasətinə təsir imkanlarının artırılması zərurətini nəzərə alaraq, Azərbaycan diaspor təşkilatlarının regional koordinasiya mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirsin;

- Qurultayda səslənən tövsiyələri nəzərə alaraq, 2016-cı il ərzində Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısını təşkil etsin;

- Xarici ölkələrdə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi, müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və ya bərpası ilə bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırsın.

5. Diaspor təşkilatlarına tövsiyə olunsun ki:

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə informasiya texnologiyalarının və virtual məkanın imkanlarından daha geniş istifadə olunmasının zəruriliyini nəzərə alaraq, müasir informasiya portallarının və virtual kommunikasiya layihələrinin hazırlanmasını, bu sahədə fəaliyyətin təkmilləşdirilməsini təmin etsinlər;

- Azərbaycanlıların ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması, siyasi təşkilatlarda, dövlət və hökumət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirsinlər;

- Ötən müddət ərzində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək və 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, bu kampaniyanın davam etdirilməsi və genişləndirilməsi istiqamətində səylərini artırsınlar.

6. Qurultay xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını Vətənimizin maraqlarının qorunması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, tariximizin və mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha fəal olmağa, bu məqsədlə irəli sürülən təşəbbüs və layihələri dəstəkləməyə çağırır.

7. Qurultay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II forumunun 2016-cı ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərarı alqışlayır, türk xalqları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından onun əhəmiyyətini yüksək qiymətləndirir.

8. Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Almaniya Federativ Respublikası Bundestaqının 1915-ci il hadisələrini hər hansı bir əsası olmadan “erməni soyqırımı” kimi qiymətləndirən qərarından dərin narahatlığını bildirir və beynəlxalq aləmi, dünya birliyini tarixdə heç zaman baş verməmiş bu cür uydurma və yalançı “soyqırımı”larından siyasi məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırır.

9. Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.

10. Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin.

11. Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövlətinin ətrafında daha sıx birləşməyə çağırır.

Qətnamə Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 4 iyun 2016-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb