DÜNYA BANKI GÜRCÜSTANA 24 MİLYON ABŞ DOLLARI VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, 2004-cü il üçün dövlət büdcəsinin plan parametrlərinin artıqlaması ilə yerinə yetirilməsi, büdcə xərclərinə ciddi nəzarət sayəsində respublikada Beynəlxalq Valyuta Fondu proqramı bərpa olunmuş və Dünya Bankının Direktorlar Şurası ölkəyə maliyyə yardımı göstərilməsinə dair qərar qəbul etmişdir. Həmin qərara əsasən Gürcüstanın dövlət büdcəsinə 24 milyon ABŞ dolları daxil olmuşdur. Bu məbləğ onillik güzəştli dövr nəzərdə tutulmaqla 40 il müddətinə ayrılmışdır və məqsəd dövlət vəsaitinin idarə olunmasının yaxşılaşdırılmasına, fiskal sabitliyə nail olunmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, antikorrupsiya tədbirlərinin gücləndirilməsinə yardım etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]