İQTİSADİYYAT
Dünya birjalarında neft ucuzlaşıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Dünya birjalarında neft ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar azalaraq 79,15 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar azalaraq 75,69 dollar təşkil edib.