İDMAN
Dünya çempionatında 2 karateçimiz medal qazanıb
Tenerife, 27 oktyabr, AZƏRTAC
Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyada keçirilən dünya çempionatında mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə gənclərdən ibarət seçmə komandaların üzvləri Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyev (61 kq) gümüş medallar qazanıblar.
Finalda F.Teymurova misirli Reem Salamaya, H.Baxşəliyev isə qazaxıstanlı Yerkinbek Batureyevə məğlub olaraq ikinci olublar.
Tenerifedə oktyabrın 28-dək davam edəcək yarışda daha 2 idmançımız qüvvəsini sınayacaq.
Hazırda komandamız 109 ölkənin iştirak etdiyi yarışda 10-11-ci yerləri bölüşür.
Üç yarış gününün nəticələrinə əsasən 21 ölkə idmançısı medal qazanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tenerife
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]