Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb
Bakı, 30 iyun, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib.
Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Kanada yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [17:23]