Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya İqtisadi Forumu: Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilə bilər

Dünya İqtisadi Forumu: Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilə bilər

Bakı, 26 oktyabr, AZƏRTAC

Dünya İqtisadi Forumu (WEF) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi – 4SİM ilə əməkdaşlıq çərçivəsində “Unlocking Azerbaijan’s TradeTech Potential” (Azərbaycanın “TradeTech” potensialının reallaşdırılması) adlı yeni hesabat dərc edib.

AZƏRTAC xəbər verir ki, hesabatda Azərbaycanın formalaşdırdığı rəqəmsal dövlət xidmətləri, logistika infrastrukturu və Orta Dəhlizdəki strateji mövqeyi ölkənin rəqəmsal ticarət sahəsində regional liderlik potensialını gücləndirən əsas üstünlüklər kimi qiymətləndirilir. Dünya İqtisadi Forumunun əsas qənaətinə görə, Azərbaycan artıq zəruri rəqəmsal və logistika təməllərini yaradıb; növbəti mərhələdə bu imkanları real ticarət əməliyyatlarına bağlayan hüquqi, texniki və institusional mühit gücləndirilməlidir.

Araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək aparılıb. Qiymətləndirmə dövlət qurumları, tənzimləyicilər, maliyyə institutları, biznes və innovasiya ekosistemini təmsil edən 18 təşkilat üzrə 28 maraqlı tərəflə məsləhətləşmələrə, siyasət sənədlərinin təhlilinə, beynəlxalq müqayisələrə və Bakıda keçirilmiş təsdiqləmə seminarına əsaslanır.

Hesabat Azərbaycanın “TradeTech” ekosisteminin inkişafı üçün üç əsas strateji istiqamət müəyyənləşdirir. Birinci istiqamət elektron konosamentlərin, rəqəmsal zəmanətlərin və digər elektron ticarət sənədlərinin hüquqi tanınmasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci istiqamət gömrük, liman, bank, logistika, dövlət və özəl sektor platformaları arasında təhlükəsiz və razılığa əsaslanan məlumat mübadiləsinin təmin edilməsidir. Üçüncü istiqamət isə dövlət, biznes, investorlar, startaplar, universitetlər və KOB dəstəyi institutları arasında koordinasiyanın, innovativ həllərin hazırlanmasının və biznes tərəfindən tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

Dünya İqtisadi Forumu bu istiqamətlər üzrə iki mərhələyə bölünmüş 10 konkret tövsiyə irəli sürür. İlk 12 ay ərzində milli “TradeTech” icmasının yaradılması, tənzimləyici sınaq mühitinin – “sandbox”ın işə salınması, praktiki ticarət problemlərinə yönələn innovasiya müsabiqələrinin keçirilməsi, Azərbaycanın “TradeTech” ambisiyasının beynəlxalq platformalarda tanıdılması və dövlət, tənzimləyicilər və biznes arasında sürətli siyasət əks-əlaqəsi mexanizminin yaradılması təklif olunur.

12–36 aylıq struktur islahatları isə elektron ötürüləbilən sənədlər üzrə beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin qəbulunu, mövcud ticarət platformalarının milli qarşılıqlı işlək platformaya çevrilməsini, rəqəmsal hesab-faktura və hesabat alətləri vasitəsilə iqtisadi fəaliyyətin rəsmiləşdirilməsini, texnologiya və “TradeTech” investisiyaları üçün vençur kapitalı çərçivəsinin müasirləşdirilməsini və KOB-lar üçün milli rəqəmsal ticarət kampaniyasının başlanmasını əhatə edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli hesabatı şərh edərək bildirib ki, Dünya İqtisadi Forumunun qiymətləndirməsi Azərbaycanın Orta Dəhlizdəki mövqeyinə yeni – rəqəmsal iqtisadiyyat prizmasından yanaşmağa imkan verir.

“Azərbaycanın regional üstünlüyü artıq yalnız əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Ticarət sənədlərinin, gömrük prosedurlarının, ödənişlərin, maliyyələşdirmə alətlərinin və logistika məlumatlarının vahid rəqəmsal mühitdə əlaqələndirilməsi ölkəmizi ənənəvi tranzit məkanından rəqəmsal ticarət və məlumat qovşağına çevirə bilər. Hesabatın əsas mesajı ondan ibarətdir ki, növbəti inkişaf mərhələsində üstünlük yeni platformaların sayından daha çox mövcud sistemlərin bir-biri və özəl sektorla nə dərəcədə səmərəli işləməsindən asılı olacaq”,- deyə o bildirib.

Rəşad Nəcəfli qeyd edib ki, elektron ticarət sənədlərinin beynəlxalq hüquqi tanınması və dövlət-özəl platformaları arasında qarşılıqlı işləkliyin təmin edilməsi sərhəd-keçid müddətini, inzibati xərcləri və kağız sənəd dövriyyəsini azalda bilər: “Eyni zamanda, bu proses ixracatçıların və KOB-ların ticarət maliyyəsinə çıxışını genişləndirə, təchizat zəncirlərinin görünürlüyünü artıraraq risklərin daha çevik idarə olunmasına şərait yarada bilər. WEF-in təqdim etdiyi yol xəritəsi Azərbaycanın 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyat Strategiyasının və qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin praktiki icrasına töhfə verə bilər. Hesabatdakı 10 tövsiyənin icrası ayrıca nəticə çərçivəsi əsasında izlənilə bilər. Rəqəmsal sənədlərdən istifadə səviyyəsi, platformalararası məlumat mübadiləsi, sərhəddən keçid müddəti, əməliyyat xərcləri, rəqəmsal ticarət alətlərindən istifadə edən KOB-ların sayı və kağızsız əməliyyatların payı bu istiqamətdə əsas monitorinq göstəriciləri ola bilər”.

Hesabat göstərir ki, Azərbaycanın qarşısında duran strateji vəzifə mövcud rəqəmsal və fiziki infrastrukturu biznesin gündəlik fəaliyyətində istifadə edilən etibarlı, qarşılıqlı işlək və beynəlxalq səviyyədə tanınan ticarət ekosisteminə çevirməkdir. Bu transformasiya Orta Dəhlizin yalnız yükdaşıma marşrutu deyil, eyni zamanda, məlumatın, maliyyənin və rəqəmsal ticarət sənədlərinin sürətli hərəkət etdiyi müasir iqtisadi dəhliz kimi inkişafını sürətləndirə bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

44 günün qəhrəmanları – BDU-da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir

Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər

Türkiyənin Fırat Universitetinin professorları Kimya İnstitutu ilə tanış olublar

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb

İsveçdə yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

“Onun balalarını heç vaxt tək qoymayacam...” - Bərdə terrorundan 6 il ötür

Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

Ahmet Turan: Azərbaycanla Hindistan üçün ən real yol iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etməkdir

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib VİDEO

Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi-alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət Bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik